ArxivXəbər lentiXəbərlər

Səhər Azəri telekanalının müdiri: Pantürkizim, İslam dünyasının artmaqda olan qüdrətinin qarşısını almaq məqsədilə yaradıldı

Səhər Beynəlxalq Telekanalının Azəri Verilişlər Bölməsininmüdiri qeyd edib ki, pantürkizm və nasionalizm İslam dünyasının artmaqda olan qüdrətinin qarşısını almaq məqsədilə yaradılmışdır.
Qafqaz Mədəniyyət Mərkəzi – Çərşənbə günü Ərdəbildə keçirilən “Kimliyə qayıdış” seminarında söz alan Abdullah Bəhrülülumi vurğulayıb: “Beynəlxalq münasibətlərdə bir sıra paradiqma növbələşməsi baş verir. O cümlədən pantürkizm və nasionalizm cərəyanlarını qeyd etmək olar”.
A. Bəhrülülumi əlavə edib: “Bir zamanlar qərb dünyası bu iki cərəyanı İslam dünyasının artmaqda olan qüdrətinin qarşısını almaq məqsədilə yaratdı. Bu ideologiya vasitəsilə əzəmətli Osmanlı İmperiyasını parçaladı və Qacarlar dövründə İranı böldü”.
Səhər Beynəlxalq Telekanalının Azəri Verilişlər Bölməsininmüdiri çıxışının davamında deyib: “Bu təfəkkürün ardında nasionalizm pantürkçülük konteksində Qafqazda və Orta Asiyada da təkrarlandı, pantürkizm paradiqma növbələşməsində panazərizm meydana çıxdı”.
A. Bəhrülülumi bu təfəkkürlərin bizim üçün təhlükəli olduğunu və onun təhlükəsi barədə Azərbaycan xalqına məlumat verilməsinin zəruriliyini qeyd edərək deyib: “Təəssüf ki, gənc nəsil bu sapındırıcı təfəkkürlər qarşısında xəbərsiz qalmışdır və bəzi gənclərin ona təmayül etməsini görürük”.
Bəhrülülumi Azərbaycanda baş verən hadisələr haqqında lazımi məlumat verilməsində və təbliğatın aparılmasında zəifliklərin olduğunu da vurğulayaraq deyib: “İstər xarici, istərsə də daxili aspektlərdən kifayət qədər təbliğatımız olmamışdır. Məsələn, Azərbaycan hadisələrini düzgün şəkildə xalqa çatdıra bilməmişik”.
Qafqaz mövzusu ilə baş tutan çoxlu sayda ixtisaslı toplantılara toxunan Bəhrülülumi deyib: “Təəssüflər olsun ki, bu toplantıların nəticə və nailiyyətləri bülleten şəklində hazırlanaraq iştirakçılara verilməyib. Əsil müxatəb olan Azərbaycan xalqı onun nəticələrindən xəbərsiz qalıb”.
Səhər Azəri telekanalının rəhbəri 19 yanvar hadisəsinə də toxunaraq deyib: “Bu hadisənin mahiyyəti aydındır. Hadisənin formalaşması üçün yaranmış şərait universitetin müxtəlif elm sahələrində araşdırılmalı və elmi təhlil olunmalıdır”.
19 yanvar hadisəsinin formalaşmasının səbəbələrindən bir hissəsinin də Qafqazın əhəmiyyətinə qayıtdığını vurğulayan Bəhrülülumi deyib: “O cümlədən Qafqazda möhkəm dini və mədəni köklər və potensiallar olduğundan heç vaxt özünü İrandan ayrı bilməmişdir. Bu üzdən də 19 yanvar hadisəsi baş verdi”.
“Azərbaycan xalqı bu keçmişinə əsasında kommunistlərin uzun zaman hökumət etmələrinə baxmayaraq özlərini İran xalqında ayrı bilmədilər və 19 yanvarda ana vətənə qovuşmaqdan başqa bir şüarları yox idi”-deyə telekanal rəhbəri vurğulayıb.
A. Bəhrülüluminin fikrincə Qafqaz ədəbiyyatı araşdırılmalı və Azərbaycan xalqının özünə yenidən tanıdılmalıdır. Universitet dairəsi də bu önəmli məsələnin zəruriliyinə vaqif olaraq bir sıra işlər həyata keçirməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button