Aktual

Azərbaycanda ən populyar adlar, dini adlar

2013-cü ilin ilk yarısında Azərbaycan Respublikasında doğulan oğlanlara qoyulan ən populyar 5 adın 5-i də dini ənənələrə bağlı adlardır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron xidmətlər portalının məlumatına əsasən, ən populyar oğlan adları belə sıralanır:
Yusif – 1215 nəfər
Əli – 832
Hüseyn – 767
Ömər – 619
Məhəmməd – 577.

Azərbaycan Respublikasında Həzrət Yusif serialının yayımından sonra, Yusif adı ən populyar ad olaraq, illərdir ki öndə gedir. Əhli beyt və İslam dininə bağlı adlarda birinci sıralardadır.

Qız adlarına gəlincə, burada da dini ənənələrə bağlı adlar xüsusi ilə, vliayət və imamət anası Həzrət Fatimey-Zəhranını adı öndədir. Beləliklə 2013-cü ilin ilk yarısında Azərbaycanda doğulan qızlara qoyulan ən populyar adlar bunlardır:
Zəhra – 1098 nəfər
Nuray – 983
Fatimə – 864
Ayan – 659
Aylin – 597
Zeynəb – 559
Xədicə – 483
Fidan – 435
Leyla – 400
Mədinə – 385.

azeri.sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button