Xəbərlər

İran Parlament üzvləri bu gün Azərbayacana səfər edəcək

İran İslam Respublikası Parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edəcək.

İran səfirliyindən verilən məlumata görə,İran İslam Şurası Məclisinin spikeri Əli Laricaninin azərbaycanlı həmkarı cənab Oqtay Əsədova dostluq mesajını daşıyan İran Parlamentinin nümayəndə heyəti bu gün – sentyabrın 23-ü günün ikinci yarısında Azərbaycan Respublikasına səfər edəcək.

İran Parlamentinin nümayəndələri Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədovla görüşərək, İran İslam Şurası Məclisinin spikeri Əli Laricaninin azərbaycanlı həmkarı cənab Oqtay Əsədova dostluq mesajını çatdıracaq. İran Parlamentinin nümayəndələrinin Azərbaycan Respublikası Milli Məclisində iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri və Yeni Azərbaycan Partiyasının sədr müavini ilə də görüşü nəzərdə tutulub. İran Nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin şam ziyafətində,Azərbaycan Respublikası Milli Məclisinin və İran səfirliyinin nahar ziyafətində İştirak edəcəklər.Bundan başqa onlar Bakının tarixi və mədəni abidələri ilə də tanış olacaq.

Azərbaycana səfərini bitirəndən sonra,İran Parlamentinin nümayəndələri sentyabrın 25-i günün ikinci yarısında Bakıdan Tiflisə gedəcək.

Bu görüşlərdə tərəflərın ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur. Tərəflər həmçinin iki ölkənin parlamentlərarası dostluq qrupları arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarının axtarılması üçün səy göstərəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button