ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zərif: “Regionda altıtərəfli həmkarlıq birliyi yaratmaq istəyirik”

İranın xarici işlər naziri bu gün Moskvaya daxil olduqdan sonra deyib: Regionda altıtərəfli həmkarlıq birliyi yaratmaq istəyirik və bu, Zaqafqaziya ölkələrinə bu regional səfərin ən mühüm məqsədidir.

Qafqaz.ir  xəbər verir, Rusiyadan öncə Azərbaycan Respublikasına getmiş və bu regional səfərin davamında Gürcüstan, Ermənistan və Türkiyəyə yola düşməli olan Məhəmməd Cavad Zərif vurğulayıb ki, koronavirus pandemiyası səfərlər və təmasların bir müddət dayanmasına bais olsa da İran-Rusiya münasibətləri iki ölkə arasındakı təmasların daim davam etdirilməsini tələb edir.

«Bu səfərdə bir neçə digər məqsəd də güdürük» deyən Zərif söyləyib: Bu məqsədlərdən biri, İran ilə Rusiya arasında strateji əlaqələrin inkişaf etdirilməsi, ikincisi isə regional məsələlərin araşdırılmasıdır.

İran İslam Respublikasının xarici işlər naziri sonra belə qeyd edib: Dağlıq Qarabağ böhranından və qonşuluğumuzda baş verən müharibədən sonra bu savaş Rusiya Federasiyasının və şəxsən Vladimir Putinin səyləri nəticəsində dayandı və razılaşmalar əldə olundu ki, bu razılaşmalar xüsusən tranzit və nəqliyyat kimi sahələrdə region ölkələri üçün önəmlidir.

O, sonra deyib: Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və azərbaycanlı dostlarla yaxşı görüşlərimiz oldu və bu gün Rusiya tərəfi ilə danışıqlar aparacağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button