ArxivIslamXəbər lentiXəbərlər

Zərif İranla qarşıdurmanın nəticələri haqda xəbərdarlıq edib

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif vurğulayıb ki, Amerikanın İranla hərbi qarşıdurması zamanı daha heç kəs amanda olmayacaqdır.
İran İslam Respublikasının xarici işlər naziri Nyu-Yorkda Loblaq saytı ilə müsahibədə deyib: Tramp hökumətində elə ünsürlər vardır ki, İranı nüvə anlaşmasından çıxmağa sövq etdirmək məqsədilə təhrikedici siyasət yeridirlər. Amma ondan daha nəhs ssenarilər, o cümlədən region və dünya sülhü və sabitliyi üçün təhlükəli olan İranla qarşıdurma yaratmaq üzrə səy gündəmdə durur.
Ərəbistan, əmirliklər və sionist rejimin Amerika ilə İran arasında müharibə alovu yandırmaq üzrə səylərinə toxunan Zərif deyib: Şübhəsiz, regionda hər cür münaqişə baş verərsə, heç kəs amanda olmayacaqdır.
İran İslam Respublikasının xarici işlər naziri həmçinin Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının kəsərsiz olduğunu bildirərək, deyib: Bizim siyasətimiz qonşularımızla yaxın əlaqələri qorumaqdır və hazırda İraq, Türkiyə, Pakistan, Əfqanıstan, Rusiya, Ermənistan və Azərbaycan Respublikası kimi qonşu ölkələrdən əlavə, Çin və Hindistan kimi digər regional şəriklərimizlə səmimi ticarət əlaqələrinə malikik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button