ArxivXəbər lentiXəbərlər

Yaponiya Azərbaycan Respublikasında 7 milyard dollar investisiya qoyub

Yaponiyanın xarici işlər naziri Azərbaycan Respublikasına səfərində azərbaycanlı həmkarı ilə görüşüb qarşılıqlı əlaqələri müzakirə edib.

İRİB-in verdiyi məlumata görə, Azərbaycan və Yaponiya XİN rəhbərləri Elmar Məmmədyarov və Tar Kono görüşdən sonra mətbuat konfransında iştirak ediblər. 

Mətbuat konfransında azərbaycanlı nazir iki ölkə arasındakı əməkdaşlıqların daha da artdığını bildirərək deyib: Hal-hazırda 30 yapon şirkət Azərbaycanda fəaliyyət göstərir və 7 milyard dollar investisiya həyata keçiriblər . 

Elmar Məmmədyarov Yaponiyanın şimal-cənub , şərq-qərb və Cənub-qərb nəqliyyat layihələrində əməkdaşlığa meyilli olduğunu bildirərək deyib: Turizm sektorunda da yaponiyalı turistlərin Azərbaycana səfərlərinin artmasını görürük və buna görə də Bakı ilə  Yaponiya arasında birbaşa hava reysi yaratmağı planlaşdırırıq. 

Elmar Məmmədyarov deyib: Yaponiyanın XİN rəhbəri ilə görüşdə Qarabağ münaqişəsi də ətraflı şəkildə müzakirə edildi və Yaponiyanın bu münaqişə barədə mövqeyi bəllidir. Yokyo bu münaqişənin beynəlxalq qətnamələr çərçivəsində həll edilməsini istəyir. 

Bu mətbuat konfransında Yaponiyanın xrici işlər naziri də Azərbaycan Respublikasını Avropanı Asiyaya qovuşduran enerji sahəsində təsirli rola malik olan ölkə adlandırıb. 

Tar Kono deyib: İki ölkə arasında əlaqələr yüksək səviyyədədir  və Yaponiyanın Qafqazda yenilikçi rəsmi proqramının təqdim olunması ilə Yaponiyanın regionda ticarətin inkişafına öz töhfəsini verməsinə şərait yaranacaq. 

Tar Kono deyib: İki ölkə Tələbə vizasının asanlaşdırılması prossesinin başladılması sahəsində də əməkdaşlıq edirlər. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button