AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə Azərbaycan və Türkiyə konsulluqları açıla bilər

Ərdəbil valisinin iqtisadi və mənbələrin genişləndirilməsi işləri üzrə müavini deyib: “Ərdəbildə Türkiyə və Azərbaycan Respublikası konsulluqlarının yaradılması əyalətin iqtisadi inkişafına və ixracatına təsir qoya biləcək əsas amillərdən sayılır. Bu məsələni ciddi izləyirik.”

Qafqaz Mədəniyyət Mərkəzi – Bəhmən Həsənzadə Xarici İşlər Nazirliyinin Ərdəbildə yaradılmış nümayəndəliyi ilə tanış olduqdan sonra deyib: “Xarici ticarətin genişlənməsi Ərdəbil əyalətinin rövnəqlənməsi istiqamətində öndə dayanan məsələlərdəndir. Bunun üçün hərtərəfli təlaş göstərilir.”

Ərdəbildə Türkiyə və Azərbaycan Respublikası konsulluqlarının açılmasını əyalətin inkişafı və ixracatının artırılması üçün mühüm amil hesab edən Həsənzadə deyib: “Bununla yanaşı əgər bu məsələ əyalətdə istehsal olan məhsulların ixracı üçün şəraiti artırsa, xarici investorların daha asan və tez cəzb edilməsi üçün zəmin yaranacaq.”

Ərdəbil valisinin iqtisadi və mənbələrin genişləndirilməsi işləri üzrə müavini Azərbaycan konsulluğunun Ərdəbildə açılmasının azərilər üçün arzuolunan hesab edildiyini diqqətə çatdıraraq vurğulayıb: “Bu məsələyə diqqət etməklə və konsulluğun açılmasının əyalətin rövnəqlənməsinə təsirini nəzərə almaqla Azərbaycan konsulluğundan əlavə Türkiyə konsulluğunun yaradılması da ciddi izlənilir. Ümid edirik ki, bu izləmələr bizi məqsədimizə çatdıracaq.”

  1. Həsənzadə xarici ticarətin Ərdəbil əyalətində istehsalın artmasına, iş yerləri yaradılmasına kömək edəcəyini vurğulayaraq deyib: “Əyalətdən ixracatın artırılması istiqamətində cari ilin əvvəlindən indiyədək tutarlı işlər görülüb və xarici mübadilə həcminin artdığı açıq hiss olunur. Bu təlaşların davamında əyalətin yerli məhsullarının ixracının artmasını görmək istəyirik.”

Vali müavini iqtisadi-ticarət sahəsinin fəallarını və xarici investorları himayə edəcəklərini də bildirərək deyib: “Əyalətdə inkişafa nail olmaq üçün xarici investorlara ehtiyac duyuruq. Bu istiqamətdə investisiya qoyuluşu məsələsində asanlaşdırılma yaradılması üçün icra məsulları səy göstərirlər və bu mövzuya əsaslı diqqət yetirilir.” 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button