ArxivIslamXəbər lentiXəbərlər

Yəməndə 3 ildə 85 min uşaq acdıqdan ölüb

Yəməndə 2015-2018-ci illərdə 84700 uşaq aclıqdan və kifayət qədər bəslənməməkdən həyatını itirmiş ola bilər. Bu barədə Save The Children (Uşaqları Xilas Edin) hesabat yayıb.
Məlumatda deyilir ki, uşaqların əksəriyyəti 5 yaşından kiçik olub və mühasirənin davam edəcəyi təqdirdə qurban sayının artacağı vurğulanıb.
Vəqf Yəmənə idxal edilən qidanın 90 faizinin liman şəhəri Hudeydə ətrafında döyüşlərin vəziyyəti daha da pisləşdirdiyini, limanda aylıx idxalatda 55 mindən artıq azalma olduğunu, bu miqdarın 2,2 milyonu uşaq olmaqda 4,4 milyon insanan ehtiyaclarını ödəyə biləcəyini bildirib.
Save The Children-in Yəmən üzrə direktoru Tamer Kirolos hərkədə hər uşağın  bomba və güllərlə öldürülərkən qalanlarının aclıqdan həyatını itirdiyini, bunun da qarşısı alına bilən bir problem olduğunu söyləyib.
Yeri  gəlmişkən BMT-nin hesabatına görə, dünyanın ən pis humanitar böhranın yaşandığı Yəməndə əhalinin yarısı sayılan 14 milyon insan  aclıq risqi ilə qarşı-qarşıya qalıb.
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button