ArxivXəbər lentiXəbərlər

Erməni xalqından Nikola şok müraciət: “Bakının 5-ci kolonu…”

Ermənistanın Berdavan kəndinin sakinləri baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda əsir saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar.
qafqaz.ir  Teleqraf.com-a istinadən xəbər verir ki, kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb ediblər. Məktubda bildirilirb:
“Hökumət nümayəndələri Berdavan kəndində keçirilən etiraz aksiyalarına siyasi don geyindirməyə çalışırlar. Hökumət nümayəndələri bizə deyirlər ki, Karen sərhəd rejimini pozduğu üçün əsir götürülüb. Əlbəttə, siz sərhəd kəndində yaşamırsınız və cəbhədən uzaq, təhlükəsiz yerdə oturmusunuz. Buna görə də asanlıqla bizim etirazlarımıza istədiyiniz donu geyindirə bilirsiniz”.
Ermənilər məktubda Paşinyanı verdiyi vədə əməl etməməkdə ittiham edirlər:
“Əziz Nikol Paşinyan, siz və komandanız insanlara xidmət etməyin vacib olduğunu deyirsiniz. Biz də buna görə yolları sizin üçün açdıq, küçələrə töküldük. Lakin indi siz bizim rəsmi şəxslərdən üzr tələb etmək haqqımızın olmadığını düşünürsünüz.
Hökumət nümayəndələri isə kənd sakinlərinə “Azərbaycanın 5-ci kolonu”, “Azərbaycan dəyirmanına su tökənlər”, “Daxili düşmən” adlandırırlar. Siz də həmin insanları dəstəklədiyinizi bildirirsiniz. Siz necə deyə bilərsiniz ki, Berdavan “Azərbaycanın 5-ci kolonu”dur?”
Qeyd edək ki, Ermənistan baş nazirinin müavini vəzifəsini icra edənlər Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın əsirlikdən azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib.
Paşinyan noyabrın 20-də jurnalistlərə verdiyi açıqlamasında hökumətin Azərbaycanla sərhəddə yerləşən kənddə keçirilən aksiyalarla bağlı mövqeyini dəstəklədiyini açıqlayıb. Onun açıqlaması, Berdavanda etirazları daha da qızışdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button