Aktual

“Xristianlığın yüksəlişi Qarabağdan başlayacaq” – İDDİA

“Avropada xristian dəyərləri günü-günüdən əriyir. Hətta xristianlığın gələcəyi təhlükə altındadır.

Avropa xristianlığı qorumalıdır. Bunun üçün isə Qarabağdan başlamaq lazımdır. Çünki Qarabağ xristian dünyası üçün “forpost” rolunu oynayır. Qarabağ dünya xristianlığının qapısıdır və müsəlman dünyasının təcavüzünə qarşı təkbaşına mübarizə aparır. Xristianlığın yüksəlişi Qarabağdan başlayacaq…”
Bu fikirlər Slovakiya parlamentinin sədri Frantişek Mikloşkonun yeni nəşr olunan “Zamanın işarələri” adlı kitabında əks olunub.
Dünyada ermənipərəstliyi ilə tanınan parlament sədri öz kitabında qədim Azərbaycan torpağı Qarabağı xristian dünyasının müqəddəs davası kimi təqdim edir. Və bütün xristian dünyasını Qarabağ uğrunda mübarizəyə səsləyir…
Xatırladaq ki, Frantişek Mikloşko Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan tərəfindən pesona-non-qrata elan edilib və rəsmi Bakının qara siyahısına salınıb. O, Qarabağa qondarma parlament seçkilərini müşahidə etmək üçün gedibmiş. Daha sonra isə o Avropa Birliyini qondarma “DQR”i tanımağa səsləyib.

yenisharq.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button