AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Xarici Münasibətlər üzrə Strateji Şuranın sədri: Azərbaycan Respublikası əcnəbilərdən təhlükəsizlik almaq illüziyasından xilas olmalıdır

Seyid Kamal Xərrazi deyib: “Azərbaycan Respublikası rəsmilərinə tövsiyəmiz budur ki, yad qüvvələrə arxalanmaqla təhlükəsizlik almaq illüziyasını başlarından çıxartsınlar və öz xalqına arxalansınlar. Azərbaycanın öz ölkəsinin təhlükəsizliyini təmin etməyə qadir mübariz və qəhrəman xalqı vardır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Strateji Şuranın bildirdiyinə görə, Seyid Kamal Xərrazi deyib: “Bir ölkənin öz təhlükəsizliyini təmin etmək üçün yadlara arxalanması məntiqli deyil. Çünki onların qanunsuz maraq və məqsədlərinə diqqət etməklə, bölgədə hərbi rəqabətə, evsahibliyi edən ölkəyə zərər dəyməsinə, hətta məhv olmasına gətirib çıxara bilər. Bundan əlavə, xarici qüvvələrin rolu nə qədər çox olarsa, ev sahibi ölkənin ondan asılılığı o qədər artar.”

Xarici Münasibətlər üzrə Strateji Şuranın sədri vurğulayıb: “Bölgədə hansı ölkə öz torpaqlarında xarici qüvvələrin olması ilə hərbi gücünü o qədər möhkəmləndirə bilmişdir ki, artıq xarici qüvvələrə ehtiyac qalmasın? Əgər İslam Respublikası bugün bölgədə rəqibi olmayan bir gücə çevrilibsə, bu, onun özünə güvənməsi və xarici qüvvələrdən asılı olmamasına görədir.”

Xərrazi əlavə edib: “Azəbaycanın 30 il işğalda qalmış torpaqlarını azad etməsini alqışlayırıq. Qeyd edim ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə əvvəldən tövsiyəmiz bu oldu ki, İranın logistik və təlim sahələrində əməkdaşlığı ilə ölkənin silahlı qüvvələrini gücləndirsin və işğal olunmuş əraziləri öz qüvvələrinin əli ilə alsın. Təəssüf ki, o, bunu qəbul etmədi və nəticədə Azərbaycan xarici qüvvələrdən daha da asılı vəziyyətə düşdü.”

Xərrazi sonda qeyd edib ki, sionist rejimi təmənnasız yuva qurmayıb, bu işdə məkirli məqsədi vardır və hazırkı hökumətinin strateji səhvi üzündən bölgədə müharibə odu şölələndirmək istəyir. Bu, çox fəlakətli bir faciə olacaqdır.

Azərbaycan Respublikası rəsmilərinə tövsiyəmiz budur ki, yad qüvvələrə arxalanmaqla təhlükəsizlik almaq illüziyasını başlarından çıxartsınlar və öz xalqına arxalansınlar. Azərbaycanın öz ölkəsinin təhlükəsizliyini təmin etməyə qadir mübariz və qəhrəman xalqı vardır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button