Aktual

Türkiyədən İlham Əliyevə “qardaş zərbəsi”

«Hürriyet» qəzeti Əliyevlər ailəsinin dəbdəbəli həyatından və korrupsiyasından yazdı

Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti Azərbaycanın dövlət başçısı Ilham Əliyevin ailəsi ilə bağlı “Müasir dövrün Evitaları: Mehriban Əliyeva və qızları” başlığı altında ifşaedici material dərc edib: Məlumat üçün deyək ki, Evita (Maria Eva Duaret de Peron) Argentina diktatoru Xuan Peronun xanımı olub.
“Hürriyet” Mehriban Əliyeva və qızlarını “Xəzərin sultanları” adlandırıb. Qəzet Bakıda fəaliyyət göstərən “Tifanni”, “Gucci”, “Bottega Veneta”, “Dior”, “Burberri” və s. bu kimi brend dükanların onlara xidmət etdiyini vurğulayıb. Qısası, materialda hakim ailənin dünyaca məşhur firmaların məhsullarından istifadə etmələrindən tutmuş, hakim ailəyə məxsus Dubaydakı 75 milyonluq villalara, Vircin adalarındakı şirkətlərə qədər bütün detallar yer alıb.

aliyev-family-best

“Hürriyet” qəzeti Türkiyənin siyasi dairələrinə yaxınlığı ilə tanınır. Ona görə də bu qəzetdə Ilham Əliyevin ailəsi haqqında belə bir materialın dərc olunması sıradan bir hadisə sayıla bilməz. Ümumiyyətlə, hətta Azərbaycan və Türkiyə münasibətlərinin gərgin olduğu bir dövrdə Ilham Əliyev və ailəsi haqqında qardaş ölkənin mətbuatında belə material yer almayıb. Digər tərəfdən bu materialın işıq üzü görməsi Ilham Əliyevin Türkiyə səfərindən qayıtmasından az sonraya təsadüf edir.
Bəzi mülahizələrə görə, məsələnin kökündə Türkiyə ilə Azərbaycan arasında sadələşdirilmiş viza sisteminin yaradılması və Türkiyə-Ermənistan sərhədlərinin açılması dayanır. Bakı ilə Ankara arasında bu iki məsələ barədə hələki anlaşma əldə olmayıb.
Türkiyə Azərbaycanla sadələşdirilmiş viza sisteminin yaradılmasına israr etsə də, Bakı neçə müddətdir ki, müxtəlif bəhanələrlə bu məsələni təxirə salır. Hətta Ilham Əliyevə Türkiyə səfərində də bu barədə sual verildi. Ölkə başçısı isə ənənəvi “texniki məsələləri” bəhanə etdi. Türkiyə ilə bu məsələ daha dirəndiyi halda Avropa Ittifaqı bu günlərdə Azərbaycanla sadələşdirilmiş viza sisteminin yaradılmasına nöqtə qoyula biləcəyini açıqladı. Mümkündür ki, bu Türkiyəni qıcıqlandırıb. Yeri gəlmişkən, Iranın sərhədləri bağlamasının kökündə də bu məsələnin dayanması barədə iddialar var.
Ermənistanla sərhədlərin açılmasına gəlincə isə Türkiyə bu məsələnin də qısa müddətdə həllini istəyir. Əgər əvvəllər Türkiyənin Ermənistanla bağlı birmənalı idisə, yəni, işğalçı dövlətin Azərbaycan ərazilərini tərk etməyəcəyi təqdirdə Irəvanla heç bir iqtisadi-siyasi əlaqənin qurulmayacağı bəyan edilirdisə, indi Ankara mövqeyində bir qədər dəyişiklik edib. Hazırda Ankara bu məsələdə problem görmür, sərhədləri açmağa hazır olduğunu bəyan edir, lakin Azərbaycanın da razılığının alınmasını şərt kimi irəli sürür. Bir sözlə məsuliyyət Azərbaycan tərəfinin üzərinə qoyulur. Beləliklə, Ilham Əliyevə Türkiyədə xoş münasibət göstərilsə də, Bakı ilə Ankara arasında həll olunmamış məsələlər var. Türkiyə bu məsələlərin qısa müddətdə həllini istəyir. Türkiyə ilə münasibətlərdə yalnız hakimiyyət maraqlarını güdən Ilham Əliyev isə problemləri daha da dərinləşdirir.
Görünür, artıq Türkiyənin də səbri tükənmək üzrədir və Ankara Ilham Əliyevə qarşı komparamat hücumuna start verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button