ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə xalqı: Ciddi iqtisadi böhran yaşamaqdayıq

Qafqaztimes xəbər verir ki, Türkiyə bazarında dolların böyük sürətlə artması müşahidə olunur və Ərdoğan administrasiyasının iqtisadi planları ilə bağlı tənqidlər artıb.

1 ABŞ dollarının məzənnəsinin 11 lirə və 20 quruşdan keçməsi iqtisadi narahatlıq və böyük təhlükədir ki, bu da iqtisadi analitiklərin diqqətini cəlb edir. Bu analitiklərdən bəziləri cari vəziyyət belə davam edərsə, dolların hətta 15 lirəyə çata biləcəyi ilə bağlı xəbərdarlıq edir. Belə olan halda milyonlarla türk ailəsi adi yaşayışını təmin etmək imkanını praktiki olaraq itirəcəkdir.
Buna baxmayaraq Rəcəb Tayyib Ərdoğan və İnkişaf Ədalət Partiyasının liderləri dəfələrlə bəyan ediblər ki, heç bir böhran yoxdur və Türkiyədəki iqtisadi problemlərin bir qismi dünya iqtisadiyyatının problemlərinə uyğundur və bunu şişirtmək olmaz. Yəni Ərdoğan hökuməti hesab edir ki, Türkiyədə iqtisadi böhran deyə bir şey yoxdur. Lakin xalq arasında aparılan ictimaisorğunun nəticələri bunun əksini deyir.
Nüfuzlu Avrasiya İnstitutunun keçirdiyi son ictimai sorğusunun nəticələrinə görə, əhalinin 62%-i Türkiyədə ciddi böhranın yaşandığına inanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button