ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Biz bir Millətik iki Dövlətlə !

Azərbaycanda asanlıqla görünən, lakin mediada əks olunmayan obyektiv həqiqət var. Bu da odur ki, Bakı şiə şəhəridir, Azərbaycan isə İslam diyarıdır.

  Bakının girəcəyində İmam Rzanın (ə) bacısı olan Bibi Heybət hərəmini gözə çarpir ki həmin hərəmində İran imamzadələrinin ab-havası olaraq hər şəxsi qarşılayır. Nardaranda isə Rəhimə Xatunun ziyarətgahı  və əziz Gəncə İmam Baqirin (ə) övladlarından olan İmamzadə ilə seçilir. Azərbaycanla İranın münasibətləri də həmin azəri şiə damarından asılıdır. Azərbaycan Respublikasının möhtərəm xalqını iranlıların və farsların müsəlman olmadıqlarına və Azərbaycanın düşməni olduqlarına inandırmaq üçün ciddi və ardıcıl səy göstərilsədə, Azərbaycan İrandan və İran Azərbaycandan ayrılası deyildir. Aydındır. Ruslar da eyni azəri şiə damarından qorxurdular. İndi isə bu qorxu şiələrin rəsmi statistikasının hər gün getdikcə daha az elan etmək və Multikulturalizm adı altda şiəçiliklə döyüşə girməyə səbəb olur. ABŞ və İsrail də şiəçiliyi Azərbaycandakı mövcudluğuna əsas maneə hesab edirlər, çünki onların gözünün önündə Livan və Yəmən kimi güzgülər var.

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin iyirmi il əvvəl dediyi sözləri eşitmək pis deyil: “Mən İranın Dağlıq Qarabağ münaqişəsinin həllində köməyini yüksək qiymətləndirirəm. Biz hesab edirik ki, bu münaqişə dialoq yolu ilə həll edilməlidir və İran İslam Respublikası bu münaqişənin həllində iştirak etməlidir”. Düzdür, cənab Əliyevin Tehrandakı həmin sözlərinin etibarlılığı onu Bakıya aparan təyyarənin addımlarına qədər idi, amma keçən il də eyni sözləri cənab Hekmət Hacıyevdən eşitdik. Yenə də Aydındır. Azərbaycanlı qardaşlarımızın “Uman yerdan küsələr” atalar sözü var. Biz dostlarımıza, qardaşlarımıza deyil, düşmənlərimizə qəzəblənirik.

  Azərbaycan Respublikası İranla ən çox tarixi və mədəni ortaqlıqlara malik olan şiə qonşumuzdur. Əziz İnqilab Rəhbərinin İyirmi il əvvəlki buyurduqları bu zəngin sözü unutmamalıyıq: “İran və Azərbaycan tarix boyu bir millət olub”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button