ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə və Yunanıstanın hava qarşıdurması: Egey üzərində qırıcılar təqib edilib

Məlumata əsasən, bütün hallar beynəlxalq qanunlara əsasən, Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən müəyyən edilərək, izlənilib.

Bu elə bir haldadır ki, Türkiyə Milli Müdafiə Nazirliyi bazar günü bildirib ki, Yunanıstan son səkkiz ayda Türkiyənin hava məkanını və ərazi sularını 1123 dəfə pozub.

Afina ilə Ankara arasında gərginliyin davamında Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib ki, Yunanıstanın Türkiye qırıcılarını narahat etməsi təhlükəli nəticələrə səbəb ola bilər.

Ömər Çelik xəbərdarlıq edib ki, bu pozuntulara reaksiya dünyanın heç vaxt istəmədiyi bir vəziyyət yaradır.

Çelik, həmçinin Qərbi kəskin şəkildə tənqid edərək, deyib: “Türkiyəni Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə tənqid edənlər Türkiyənin F-16-larına qarşı S-300-lərdən istifadə edən Yunanıstana qarşı da səslərini ucaltmalıdırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button