ArxivXəbər lentiXəbərlər

Türkiyə hökuməti 12 telekanalın yayımını dayandırıb

Yayımı dayandırılan kanallar arasında kürd dilində fəaliyyət göstərənlər də var.

İslamazeri.az-ın IMC-yə istinadən verdiyi xəbərə əsasən, Tükiyə hökuməti 12 telekanalın yayımının dayandırılması haqda qərar qəbul edib. Kanallar arasında kürd dilində yayımlananlar da var.

O cümlədən də kürd dilində yayımlanan “Heyatın Sesi, Azadi TV, Jiyan TV, Van TV, TV10, Denge TV, Zarok TV” telekanallarının Turksat peykindəki yayımı dayandırılıb.

Bu qərar qanuni statusa sahibdir və Fövqəladə Hal rejimi çərçivəsində qəbul edilib. Məlum addımın səbəbləri haqda xəbər verilməyib. Türkiyə rəhbərliyinin heç bir rəsmisi telekanalların yayımına qadağanı hələ ki, şərh etməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button