SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tiflisdə baş nazirin istefası tələb olunub

Gürcüstanın paytaxtı Tiflisdə vətəndaş cəmiyyəti təşkilatlarının “Evə, Avropaya” şüarı ilə növbəti genişmiqyaslı aksiyası keçirilir.

minlərlə əhali parlament binasının qarşısına toplaşıb. “Utanc” hərəkatının təşkil etdiyi aksiyanın əsas tələbi Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin qurulmasıdır. Aksiyaçılar gecə boyunca ərazini tərk etməyəcəklərini bildiriblər.

Parlament binası qarşısındakı mitinq səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə çox sayda polis cəlb olunub.

Etirazçılar zorakılığa əl atmayacaqlarını və aksiyanı dinc şəkildə davam etdirəcəklərini bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button