Qafqaz.ir xəbər verir ki, bu gündən etibarən Azərbaycan ticarət mərkəzi, idman zalları, çimərliklər açılıb.
İdman zallarına COVİD-19 pasportu, ticarət mərkəzlərinə isə maska məcburiyyəti qoyulsa da, çimərliklərə isə ümumiyyətlə heç bir məhdudiyyət qoyulmayıb.
Məscidlər də Operativ Qərargah və Qafqaz Müsəlmanları İdarəsinin qərarları çərçivəsində qismən açılıb. Çünki, məscidlərə maska və COVİD-19 pasportundan əlavə olaraq say məhdudiyyəti (50 nəfər) də tətbiq edilib. Bundan başqa, 14 yaşdan kiçik uşaqların isə məscidlərə girişinə qadağa qoyulub.
Halbuki, bu məhdudiyyətlər ticarət mərkəzləri və digər ictimai obyektlərdə tətbiq edilməyib.
Bu səbəbdəndir ki, QMİ və Operativ Qərargahın qəbul etdiyi bu ikili standarta əhali tərəfindən bir neçə gündür etirazlar edilir, qərarın ləğv edilməsi tələb edilir