ArxivXəbər lentiXəbərlər

Tehranda İŞİD üzvü saxlanılıb

Şübhəli şəxsin 300 nəfərədək İŞİD üzvlərilə əlaqəsi olub və gələn ay məhərrəm ayı ilə bağlı əza mərasimlərində terror aktları törətməyi planlaşdırıb.

İranda İŞİD terror təşkilatının liderlərindən biri saxlanılıb.

qafqaz.ir İslamazeri.com-un xəbərinə görə, bu barədə İranın YJC media qurumu məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxsin 300 nəfərədək İŞİD üzvlərilə əlaqəsi olub və gələn ay məhərrəm ayı ilə bağlı əza mərasimlərində terror aktları törətməyi planlaşdırıb. Məlumata görə, şübhəli şəxs İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Tehran yaxınlığındakı qəsəbədə saxlanılıb. Adı açıqlanmayan terrorçunun gecəni paytaxta yaxın Dövlətabad rayonunda keçirdiyi bildirilib.

Bildirək ki, İran təhlükəsizlik orqanları bundan əvvəl də ölkə ərazisində terror aktları törətməyə hazırlaşan İŞİD üzvlərinin saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, iyun ayında ölkə parlamenti binasında və Ayətullah Ruhullah Xomeyninin məqbərəsində 17 nəfərin ölümü ilə nəticələnmiş terror aktlarının məsuliyyətini də məhz İŞİD üzərinə götürmüşdü.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button