ArxivXəbər lentiXəbərlər

Rusiyada Quran bayramı keçiriləcək

Rusiya paytaxtında Quranla bağlı tədbir keçiriləcək.
qafqaz.ir-un İslamazeri.com  istinadən verdiyi xəbərə əsasən, sentyabr ayının 8-i Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Crocus City Hall” konsert zalında Quran bayramı keçiriləcək. Sözügedən tədbir çərçivəsində 18-ci Moskva Beynəlxalq Quran Qarilərinin Konkursunun finalı baş tutacaq.
Finalda isə 5 ən yaxşı qari iştirak edəcək. Rusiyanı Zərifi Bərəkatullah təmsil edəcək.
Xatırladaq ki, Quran bayramı hər il minlərlə insanın bir yerə toplaşmasına vəsilə olur. Bu il də adəti üzrə bayram qonaqlarını çoxsaylı proqramlar gözləyir.
Belə ki, istəyənlər mühazirələr dinləyə və master-klaslarda iştirak edə biləcək. Tədbirdə həmçinin Həcc və Ümrə ziyarətləri, Türkiyə və Mərakeş səfərləri də oynanılacaq.
Bundan başqa, xeyriyyə məqsədi ilə halal məhsulların dequstasiyası da baş tutacaq. Uşaqlar üçün də xüsusi proqramlar hazırlanıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button