ArxivXəbər lentiXəbərlər

Taleh Bağırov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Əmir Bayramovun sədrlik etdiyi ilkin baxış iclasında vəkillər prosesin qismən istintaqla aparılması barədə və digər bir neçə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti proses iyulun 13-də keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları çəkilən şəxslər həbs edilib.

Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub./APA

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button