ArxivXəbər lentiXəbərlər

Ermənistandan ilk açıqlama gəldi: 3 hərbçimiz yaralanıb

Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirməsi nəticəsində erməni hərbçilərin yaralandığını düşmən tərəfi təsdiqləyib.

Qafqaz.ir-in “news.am”a istinad’n məlumatına görə, işğalçı ordu rəhbərliyi bildirib ki, 1969-cu il təvəllüdlü Robert Qasparyan, 1997-ci il təvəllüdlü Ambarsum Arutyunyan və Vahe Badalyan adlı hərbçilər yaralanaraq qospitala yerləşdirilib. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirdiyi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın təxribatın və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

“Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb”, – deyə məlumatda vurğulanır.

 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button