ArxivIslammədəniyyatŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Təbrizdə İmam Rzanın (ə) və Azərbaycan şəhidlərinə həsr edilmiş mərasim keçirilir / FOTO

Təbrizdə İmam Rzanın (ə) mövludu, eləcə də son Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin anım mərasimi keçirilir.

Təbriz “Xadimuş-Şühəda” heyətinin ictimaiyyətlə əlaqədar şöbəsindən verilən məlumata görə, 21 iyun – bazar ertəsi günü Həzrət İmam Rzanın (ə) mövlud mərasimi keçirilir.

Mərasimdə Təbriz Universiteti və Elmiyyə Hövzəsinin dəyərli ustadı höccətülislam-vəlmüslimin Müctəba Nəzəri çıxışı edəcək, Əhli-Beyt (ə) məddahları Hacı Mehdi Qurbani və Hacı Sabir Rahnəmani surudlar oxuyacaq.

Mərasimdə yenicə şəhid olmuş Qarabağ şəhidi Şəhid Zeynal Hüseynov, habelə ll Qarabağ müharibəsində şəhid olan Azərbaycan şəhidlərinin xatirələri də geniş yad ediləcəkdir.

Qeyd edək ki, mövlud və anım mərasimi Təbrizin Vadiye-Rəhmət Şəhidlər Xiyabanının Hüseyniyyəsində keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button