İran İslam Respublikasının Təbriz şəhərində veteran mərsiyəçi məddahları təltif etmək üçün 180 yerli və 20 xarici mərsiyəçinin iştirakı ilə beynəlxalq tədbir keçirilir.
Qafqaz.ir-in məlumatına əsasən, Göy Məscidin ərazisində səhiyyə protokollarına riayət edərək keçirilən tədbirdə Azərbaycan Respublikası, Hindistan, Pakistan, Almaniya, İraq, Türkiyə, Qana, Argentina və Kenyadan qonaqlar təşrif buyurub.
Üçgünlük iclasda Əhli-Beyt(ə) şairləri və məddahlar Peyğəmbərimizin ailəsi və Aşura hadisəsinin vəsfində ifaçılıq edirlər.
Aşura rituallarını yaşatmaq, veteran mərsiyəçiləri tanıtmaq və dini turizm potensiallarını gücləndirmək bu tədbirin hədəfləri sırasındadır.