ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Silah ixracı Rusiyanın suveren hüququdur”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan prezidentinin Ermənistanın Moskva tərəfindən silahlandırılması ilə bağlı etirazını rədd edib.

Qafqaz.ir-nin məlumatına əsasən, Mariya Zaxarova jurnalistlərin suallarını cavablandırarkən deyib: “Silah ixracı Rusiyanın suveren hüququdur. Azərbaycan və Ermənistanla müvafiq əməkdaşlıq içindəyik.İki ölkə arasında balansın qorunmasına xususi diqqət edirik”.

Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti CNN türk tv-yə müsahibəsində ” Rusiya Ermənistanı silahlandırmaqdan geri durmalıdır” və “Onsuz da Azərbaycanla Ermənistan arasında qüvvələr balansı yaratmaq mümkün olmayacaq” kimi ünvanlı bəyanatlar səsləndirib.

Rusiya XİN rəsmisi Azərbaycan-Ermənistan sərhədlərində yaşanan gərginliyə də münasibət bildirib. O, bu haqda deyib: “Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq”.

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin birgə həmsədrliyi altında üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpasına toxunan M.Zaxarova qeyd edib ki, tərəflər Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirəsinə qayıtmağı bacardılar. Bölgənin əhəmiyyətli iqtisadi potensialının açılmasını asanlaşdırmaq məqsədi daşıyır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button