ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanlı tələbələr müqəddəs Qum şəhərində Şami-Qəribanı qeyd edib FOTO VİDEO

Əsrlərdir Əhli-beyt (ə) ardıcılları Məhərrəm ayının 11-ci gecəsini Aşura faciəsinin ilk gecəsi kimi qeyd edirlər. Bu gecə İmam Hüseynin (ə) Əhli-beytinin Yezid (lən.) ordusuna əsir düşməsinin ilk gecəsidir.

Qafqaz.ir  xəbər verir ki, bu münasibətlə Həblullah İslami Maarif Mərkəzi əza məclisi keçirib. Əzadarlıq məclisi beynəlxalq Quran qarisi Səid Həsənlinin müqəddəs ayələri tilavət etməsilə açılıb.

Xətib höccətül-İslam Hacı Cəbrail Abiyev əzadarlar qarşısında “Dünyaya baxışın insan həyatında rolu” mövzusunda çıxış edib, insanın bu dünyada baş verənlərə səthi baxışlarının necə acı sonluqlarla nəticələnə biləcəyindən danışıb. Bu istiqamətdə Allahın Quranda bizlər üçün Qarun, Firon və digərlərinin dastanları ilə buna misallar gətirməsinə vurğu edən Hacı Cəbrayıl müqəddəs kitabdan bu haqda Allah kəlamlarını oxuyaraq şərh edib.

Məclisin davamında mərsiyəxan Seyyid  Araz Şaqiyev bu gecənin rövzəsini, daha sonra mərsiyə və növhələrini oxuyub.

Əzadarlıq məclisi edilən dualarla başa çatıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button