ArxivIslamXəbər lentiXəbərlər

Sepah “USS Boxer” freqatının izlənilməsi barədəki videonu yayıb

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi dünən gecə amerikalı gəminin izlənilməsi barədəki videonu yayaraq, Amerika prezidentinin Hörmüz boğazında bir İran pilotsuzunun vurulmasına dair iddiasının puç bir sənəd olduğunu təqdim edib.

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü gecə iddia etmişdi ki, bu ölkənin “USS Boxer” freqatı Hörmüz boğazında bir İran pilotsuzu hədəfə alıbdır.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi bildirib: Silahlı qüvvələrin informasiyası əsasında Sepah-ın hava-kosmos qüvvələri cümə axşamı günü ərzində cari tapşırıqların icrası zamanı Amerikanın “USS Boxer” freqatını və onunla yanaşı olan beş ədəd kateri Hörmüz boğazına daxil olduqları andan bəri üç saat müddətinə tam şəkildə izləyib və onların üzərində dəqiq nəzarətə malik olubdur və bu müddətdə İranın PUA bazaları qeyd olunan freqatda Amerikanın terrorçu qüvvələri tərəfindən heç bir qeyri-adi və təhdidedici hərəkət qeydə almayıb və müşahidə etməyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button