ArxivIslamXəbər lentiXəbərlər

Sepah Hörmüz boğazında bir İngiltərə tankerini müsadirə etdiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi dünən gecə bir məlumatda beynəlxalq dəniz qaydalarını pozduğuna görə, Hörmüz boğazında bir İngiltərə tankerini müsadirə etdiyini bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsi bu məlumatda qeyd edib ki, cümə günü axşam beynəlxalq dəniz qaydalarını pozduğuna görə, “Stena İmpero” adlı bir İngiltərə tankeri Hörmüz boğazında Hormozqan viliayətinin limanlar və dənizçilik təşkilatının xahişinə əsasən, Sepah-ın dəniz qüvvələrinin birinci məntəqəsinin dəniz bölməsi tərəfindən müsadirə olunub.

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsinin məlumatına görə, qeyd olunan tanker müsadirə olunduqdan sonra sahilə istiqamətləndirilib və qanuni mərhələlər keçildikdən və lazımi araşdırmalar aparıldıqdan sonra Hormozqan viliayətinin limanlar və dənizçilik təşkilatına təhvil verilibdir.

İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri cümə axşamı günü də Fars Körfəzində qaçaq neft daşıyan bir xarici gəmini məhkəmə hökmü ilə müsadirə etmişdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin bu addımı bu qüvvələrin dəniz qaçaqmalçılığı ilə mübarizə, təhlükəsizliyin bərqərarı və milli maraqların qorunması üzrə öz məsuliyyət və vəzifələrinin icrası çərçivəsində atılır.

Dənizçilik qanunları, o cümlədən BMT-nin 1982-ci il dəniz qaydaları üzrə konvensiyası çərçivəsində, bir hərbi gəmi, azad sularda beynəlxaql hüquq normalarının icrası istiqamətində beynəxalq dəniz qaydalarına riayət etmədiyi hallarda mülki və qeyri-hökumət gəmisini dayandıra və təftiş edə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button