Aktual

Seçki bitdi mübarizə davam edəcək

Əvvəlki seçkilərdə olduğu kimi hakimiyyətin total saxtakarlıq əməliyyatında özünü alətə çevirmiş partiyalar BAXCP, BQP, Ədalət partiyası, DİP, ASRP, AVP, VHP kim partiyalardır.

Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçirildi, seçkini minlərlə xarici və yerli müşahidəçilər, jurnalistlər və ekspertlər izlədi. Ancaq lap əvvəldən həm seçkinin nəticələri məlum idi, həm də seçki mühiti özü yox səviyyəsində idi. İlham Əliyev hakimiyyəti apardığı prepresiya siyasəti və qurduğu diktatura rejimi hesabına xalq olaraq azərbaycanlılar seçki prosesindən uzaqlaşdırılmışdı, fəallar isə böyük bir basqı və təzyiq altında mübarizəyə qatılmışdı.

Seçki mühitinin olmamasının göstəriciləri qanunvericilik bazasından – Konstitusiyadan və Seçki Məcəlləsindən tutumuş, ta real həyata qədər baş verənlərdə özünü göstərirdi. Bu dəfə keçirilən seçkilər əvvəlki illərdəkindən mahiyətinə görə fərqlənmədi. Yenə də müəllimlər, həkimlər və digər büdcə təşkilatlarının əməkdaşları hakimiyyətin seçki oyununun alətinə çevrilib saxtakarlıq prosesinin icraçıları rolunu ifa etdilər. Əvvəlki kimi bu dəfə də seçki məntəqələrində komissiya üzvlərinin əksəriyyəti rəsmən və qeyri rəsmi YAP-dan ibarət idi. Qeyri rəsmi ona görə deyirəm ki, hakimiyyətin sifarişlərini yerinə yetirən bəzi partiyalar hakimiyyətin oyunlarında istifadə olunmaqdan özlərini alçaldımış hesab etmirlər. Bu cür partiyaların sədrləri Milli Məclisin deputatdır və onların Milli Məclisdə deputat olmaları da məhz belə işlər üçün hakimiyyətə lazımdır və bir də onlara müxalifət deyib görüntü, siyasi azadlıq fonu yaratsın. Ancaq sözsüz ki, cəmiyyətdə hər kəs kim kimin olduğunu yaxşı bilir. Əvvəlki seçkilərdə olduğu kimi hakimiyyətin total saxtakarlıq əməliyyatında özünü alətə çevirmiş partiyalar BAXCP, BQP, Ədalət partiyası, DİP, ASRP, AVP, VHP kim partiyalardır. Yəni, Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Fazil Qəzənfəroğlu, İlyas İsmayılov, Asim Mollzadə, Xanhüseyn Kazımlı, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı kimi deputatlar hakimiyyətin məqsədləri üçün istifadə olunan vintlərdir.

Seçki günü gözlənildiyi kimi və hakimiyyətin əvəllər də yol verdiyi saxtakarlıqlar kimi bu dəfə də seçicilərin karusel əməliyyatı, topa topa büllütenlərin qutulara doldurulması, ailə başçılarının həyat yoldaşı və altı uşağının əvəzinə səs verməsi, müşahidəçilərin müşahidələrinin aparılmaması üçün komissiya sədri və üzvləri tərəfindən maneələrin yaradılması, müqavimət göstərən müşahidəçilərin döyülməsi və həbslə təhdid edilməsi, ayrı məntəqələrdə qeydiyyatda olan seçicilərin kütləvi şəkildə maşınlarla müxtəlif məntəqələrə daşınaraq səsverməsini təmin etmək, yaşlı, məlumatsız seçicilərin kimə səs verməsini göstərmək, işarələnmiş büllütenlərin topa topa qutulara atılması, müəllimlərin şagirdlərinə təzyiq edərək valideyinlərini məntəqəyə gəlib səs verməsinə nail olmaq, jurnalistlərin lentə aldıqları saxtakarlıq materiallarını pozamaq və müqavimət göstərənləri döyülmək, regionlarda rayon icra hakimiyyəti nümayəndələrinin seçki məntəqəsinin qarşısında dayanıb seçkiyə gəlib İlham Əliyevə səs vermək öhdəliyi götürmüş seçicilərin qeydiyyatını aparmaq, bir çox müəssisələrdə işçilərin, rayonlarda isə seçicilərin Şəxsiyyət Vəsiqəsini alaraq onları seçkidə səs verməsini təmin etmək, seçki qutuları açıldıqdan sonra səslərin sayılmasında müşahidəçilərin, jurnalistlərin iştirakını məhdudlaşdırmaq və əksəriyyətini çölə çıxarmaq, seçki məntəqəsində müşahidəçilərin və jurnalistlərin şəkil və video çəkməsinə mane olmaq, səslərin sayılması zamanı müşahidəçilərin prosesi izləməsinə çalışdığı halda onu döymək, bütün bu sadalanan saxtakarlıqlar və zorakılıqların hamısı yalnız bir namizədin – İlham Əliyevin seçilmsi üçün törədilən qeyri qanuni və qeyri insani əməllərdir. Seçkidə nəyin baş verməsi barədə yerli və xarici mətbuat nümayəndələri məlumatlarını dərc etdiriblər. Exitpol çox rəzil vəziyyətdə keçirildi, hətta o qədər rəzil ki, MSK-nın ilkin məlumatından sonra belə öz nəticələrini açıqlamadı. MSK-nın ilkin nəticələrinə görə İlham Əliyev 85 % səs çoxluğu ilə birinci yerdə, Cəmil Həsənli isə 5 % səslə ikinci yerdədir, digər namizədlər haqqında danışmağa dəyməz. Nəticələrlə tanış olmağa tələsənlər üçün bunlar kifayətdir çünki tam nəticələr elan olunanda bundan o qədər də fərqlənməyəcək. Beynəlxalq müşahidəçilərdən Avropa Parlamenti və AŞ PA müşahidəçiləri seçkinin o qədər bəyəndiklərini iddia edirlər ki, deyirsən bəlkə elə Avropada da seçkini MSK keçirsin?

ATƏT seçki nəticələri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında öz avropalı həmyerlilərindən bir qədər fərqli mövqe tutaraq bəyan edib ki, ümumiyyətlə Azərbaycanda seçki mühiti olmadığı üçün bu seçkilərin demokratikliyi sual altına düşür. Hakimiyyətin cavabı özünü çox gözlətmir və ATƏT-in rəyini qərəzli elan edir. Əslində isə ATƏT-in rəyi sərt deyil, səthi bir tənqiddir, ancaq hakimiyyət buna da dözümsüzdür. Seçki bitdi, ancaq bu seçkinin müzakirəsi hələ bir müddət davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button