ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sadə yaşamaq

Həyat yolu 19

Sadə yaşamaq

Bər-bəzəkli və sadə yaşayışdan uzaq bir həyat insanın başını bu torpaq dünyaya qatır, onu özünə məşğul edir, yaranışının əsl məqsədlərindən uzaqlaşdırır. Bir-birinə baxaraq bər-bəzəkli yaşayış qurmaq həyatı insan üçün çətinləşdirir, onu lazımsız əzab-əziyyətlərə salır və Allahdan uzaqlaşdırır.

Həzrət Zəhranın (ə) zöhd və sadə yaşayışı onun həyatının bütün işlərində açıq-aydın görünür və onun dostları üçün işıqlı yol göstərir.

Ayə

«مَنْ کانَ يُريدُ الْحَياةَ الدُّنْيا وَ زينَتَها نُوَفِّ إِلَيْهِمْ أَعْمالَهُمْ فيها وَ هُمْ فيها لا يُبْخَسُونَ، أُولئِکَ الَّذينَ لَيْسَ لَهُمْ فِي الآخِرَةِ إِلاَّ النَّارُ …»

“Kim (axirətdən vaz keçib) dünyanı və onun bər-bəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur.”

(“Hud” surəsi, ayələr 15-16)

Hədis

قالت فاطمة الزهراء (س): «یا سَلمانُ! اِنَّ اللهَ ذَخَّرَ لَنا الثّیابَ وَ الکَراسِیَّ لِیَومٍ آخَرَ.»

Salman Peyğəmbərin (s) qızının çox sadə həyatından heyrətləndikdə, həzrət Zəhra (ə) buyurdu: “Ey Salman! Allah-təala Qiyamət gününə bizim üçün zinət geyimləri və qızıl taxtlar zəxirə edib.”

(“Biharul-ənvar”, c. 8, səh. 303)

Ənənə

– Xanım, Peyğəmbərin (s) qızının həyatından bizə danış.

– Doğrusu, Zəhranın (ə) evinə təzə getdiyim vaxtlar elə düşünürdüm ki, həzrət yoxsulluq üzündən elə sadə yaşayır. Ancaq Peyğəmbər (s) Allahın əmri ilə Fədək bağını Zəhraya (ə) bağışladıqdan sonra gördüm ki, onun geyimində, yeməyində və ev imkanlarında heç bir dəyişiklik olmadı. Onda həzrət Zəhranın (ə) böyüklüyünü dərk etdim.

– Fizzə! Yəni, həzrət Zəhra (ə) özünə aid olan Fədəkin gəlirindən də istifadə etmirdi?

– Peyğəmbərin (s) qızı dünyanı buraxmışdı. Fədəkin bütün gəlirindən təkcə öz zəruri yaşayışı miqdarında götürür, qalanını isə Allah razılığını qazanmaq üçün sərf edirdi.

(“Biharul-ənvar”, c. 29, səh. 123)

Hekayə

Bazarlıq üçün getmişdik. Amma qızıl almağa qoymadım. Necə yaşadığını və nə qədər pulu olduğunu bilirdim. İndiyə qədər izzətlə yaşayıb. Elə ortaq həyatımıza başladığımız ilk günlərdən onu çətinliyə salmağa və mənə görə kiməsə üz tutmasına ürəyim gəlmədi. Təkcə sadə bir nişan üzüyü, bir çanta, bir çadra, bir çamadan, bir güzgü və bir şamdan aldıq.

Həmin günün səhəri əqd oxundu. Səhər vaxtı saat 11-də Məhəmməd gəldi. Hərbi geyimdə idi. Əqd süfrəsi çox sadə idi; çörək, pendir, şirniyyat və meyvə. Mən də ağ libas geyinmişdim və ağ çadra atmışdım.

(“Yarı gizli ay” kitabı, say 14, şəhid Məhəmməd Əsğərixahın həyat yoldaşının xatirələrindən)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button