ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Saatlı sakinləri yenə su qıtlığına etiraz edirlər

Qafqaz Həqiqətləri “Turan”-a istinadən xəbər verir ki, Martın 27-də Saatlı rayonunun Çolpu kənd sakinləri etiraz aksiyası keçirərək, suvarma suyunun olmamasından şikayət ediblər.

Onlar rayondakı “Dördyolu” kəsərək, illərdir davam edən su qıtlığı problemini həll etməyi tələb ediblər.

Rayon sakinləri martın 13-də də etiraz aksiyası keçirmişdilər, amma bu aksiya polis tərəfindən dağıdılmışdı. Yerli hakimiyyət problemin həll ediləcəyinə dair vədini yerinə yetirməyib.

Aksiya iştirakçıları bildiriblər ki, əkinləri sulamaq üçün su almaq məcburiyyətindədirlər. “Qonşu kəndlərə su gəlir, bizim suyumuzu isə məmurlara verirlər”, deyə etirazçılardan biri bildirib. Onlar dövlət orqanlarının onların problemləri ilə maraqlanmamasından gileyləniblər.

Aksiya polis müdaxiləsi olmadan keçib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button