ArxivXəbər lentiXəbərlər

SƏLAHƏDDİN DƏMİRTAŞ: “ƏRDOĞANIN PSİXİ PROBLEM VAR”

Dəmirtaş: “Dağ çözüm olsaydı gedərdim, çətin olan burada səninlə mübarizə aparmaqdır”

Qafqazir-n Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, HDP həmsədri Səlahəddin Dəmirtaş, Türkiyə prezidenti Tayyip Ərdoğanın onun PKK terror təşkilatında döyüşən qardaşı haqqında dediyi ironiyalı fikrə (“Dəmirtaşın qardaşı, dağdadır, terrorçuların yanında, əlacı olsa, özü də qaçar dağa”-N.) münasibət bildirb.

Çıxışlarının heç birində irqçi, qızışdırıcı məzmunda sözlər işlətmədiyini deyən Demirtaş, toxunulmazlıq səlahiyyətinə sığınmaq istəmədiyini, cavab verə bilməyəcəyi heç bir əməlinin olmadığını bildirərək Ərdoğana müraciət edib:

“Əgər dağın çözüm olduğuna inansaydım, mən də dağa gedərdim, burda səninlə üz-üzə mübarizə aparmaq daha çətindir, biz də daha çətin olanı seçdik”.

Növbəti dəfə 550 millət vəkilinə toxunulmazlığın götürülməsi ilə bağlı müraciət edən Demirtaş, Ərdoğanı çox sərt şəkildə tənqid edib:

“Ərdoğanın ürəyi gəlirsə, o da buyursun, toxunulmazlıq səlahiyyətimiz alınsın. Bizim müdafiə edə bilməyəcəyimiz heç bir fəaliyyətimiz yoxdur. Onlar da özlərinə korrupsiya, rüşvət, tenderler də daxil, güvənirlərsə, buyursunlar birlikdə məhkəmə qarşısına çıxaq. Biz qorxmuruq.

Biz Ərdoğanın etdiyi səhvləri tənqid edirik. İqtidar hərisliyi ilə ölkəni atəşə atmasına, ölkədə tək başına səltənət qurmasına qarşı çıxırıq. Əgər tənqidlər onda bir əsəbə, şəxsi qəzəbə səbəb olursa bu onun problemidir. Ərdoğanın psixi problem var. Onun psixoloji vəziyyətinin, ruhi durumunun yaxşı olmadığı məlumdur artıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button