ArxivXəbər lentiXəbərlər

Gürcüstanda, Marneuli sakinləri “Gecə Barı”-nın bağlanılmasını tələb edirlər

Marneuli şəhərində fəaliyyət göstərən ” Gecə Barı”-nın əlindən Marneuli Şəhər polis mərkəzinə və  şəhər İcra hakimiyyətinə şikayət ərizəsi ilə müraciyyət edilib.

Marneuli şəhər sakinləri və Marneuli İmam Əli(ə) xeyriyyə fondu Marneuli şəhərində fəaliyyət göstərən ” Gecə Barı”-nın əlindən Marneuli Şəhər polis mərkəzinə və  şəhər İcra hakimiyyətinə şikayət ərizəsi ilə müraciyət ediblər. Şikayət ərizəsi ilə birlikdə 200-dən çox sakinin imzası da toplanıb təqdim olunmuşdur.

Şikayət ərizəsində qeyd edilir ki, Marneuli Şəhəri Noe Jordania küçəsində fəaliyyət göstərən” Gecə Barı”-nda əslində “Əxlaqsız qadınlar”ın ticarəti ilə məşqul olunur. Hətda həmin obyektdə qeyd olunan qadınlarla münasibətdə olan bir neçə şəxs xəstəliyə düçar olub. Xüsusi ilə narahat edici faktlardan biri də odur ki, “Gecə barı”  Şəhər sakinlərinə məxsus olan qəbirsanlıqın yaxınlığında yerləşir və bundan dolayı insanlar qəbirsanlığa, öz yaxınlarının qəbrini ziyarətə gəldikləri zaman , “əxlaqsız qadınların” nalayiq hərəkətlərini görmək məcburiyyətində qalırlar. Hətda sakinlər onuda qeyd edirlər ki, qəbirsanlığa ziyarətdə getdikləri zaman, Qebirsanlığın”Ayaq yolunda” həmin “Əxlaqsız qadınlar”-ı öz müştəriləri ilə tutublar.

Qeyd olunan obyektin yaxınlığlında yaşayan sakinlər orada günün hər saatında, dava-dalaş  və söyünc faktlarının olduğunuda söyləyirlər.

Xatırladaq ki, Marneuli şəhər sakinləri və Marneuli İmam Əli(ə) xeyriyyə fondu Şəhər Polis mərkəzinə və Şəhər İcra hakimiyyətinə verdikləri şikayət ərizələrində tələbləri budur ki, yuxarıda qeyd olunan obyekt bağlanılsın və günahkarlar isə Gürcüstan qanınları qarşısına cavab versinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button