ArxivSosialXəbər lentiXəbərlər

Şəki həbsxanasında dəhşət saçan hadisələr baş verir

  • Son günlər Şəki həbsxanasından narahat edici xəbərlər durmadan gəlməkdədir.

həbsxanaların pandemiya səbəbindən məhdudlaşdırılması baş verən neqativ halları kuliminasiya həddinə qədər yüksəlib.

Bu barədə həbsxanada saxlanılan şəxslərin yaxınları redaksiyamıza məlumat veriblər.

Məlumatı olduğu kimi təqdim edirik:

“Görünən budur ki, həbsxana rəisi Fərhad Hüseynov və təlim-tərbiyə işlərinə baxan Elçin müəllim nəinki dustaqların haqlı iradlarına qulaq asmaq istəmir, hətta bir az da irəli gedərək onlara fiziki təzyiq belə göstərir. Bir neçə gün öncə etiraz edənlərə fiziki təzyiq sonunda dustaqların özlərinə xəsarət yetirməsi ilə nəticələnib. Dustaqlar onlara qarşı müəssisə rəisinin işgəncələrindən yaxa qurtarmaq üçün bədənlərinə həyat əhəmiyyətli zərbə yetirməyi yeganə yol bilirlər. Özünə qəsd edib asılmaq, özlərinə deşici-kəsici xəsarət yetirmək bu səssiz məzarlığın reallığına çevrilib. Səbəblər isə müxtəlifdir. Pandemiya dövründən başlayan və hələ də davam edən qiymət bahalılığı, bərbad yeməklər, telefon zənglərinə səbəbsiz qadağa məhbusları həbsxana işçiləri ilə qarşı qarşıya qoysa da, rəhbərliyin işçilərinə dəstəyi son olaraq dustaqların amansız əzilməsi ilə nəticələnir. Son zamanlar şüşə arxasından görüşlərin açılması isə daha bir problemi aktuallaşdırıb. Saatlarla süni qadağalar, görüşə gələnlərə yaradılan maneə, texnikanın yüksək nöqtəyə gəldiyi bir zamanda ağlagəlməz yoxlanışlar hər kəsin niftərinə səbəb olub. Texniki qurğuların mövcud olduğu günümüzdə qadınlı-kişili insanları aşağılayacaq dərəcədə yoxlamaq gələn ailələri narahat etdiyi kimi dustaqları da hiddətləndirir. Bu barədə müəsisə rəhbərliyinə müraciət olunsa da dustaqların istəkləri hələ də cavabsızdır”.

Rakurs.tv

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button