ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Şəhidlər qürur yerimizdir

Bu gün Müsəlman Birliyi Hərəkatının üzvü Şəhid Şükür İlyasovun doğum günü qeyd olunub.

Bu münasibətlə şəhidin Şabran şəhərindəki evində baş tutan mərasimə Şabran sakinləri ilə yanaşı Şəhid Şükürün dostları, yaxınları və şəhidlik məfhumunu ali tutan şəxslər, o cümlədən bir qrup Müsəlman Birliyi Hərəkatının üzvüləri toplanıb. Bir çox dəyərli qonaqların qatıldığı mərasim çıxışlar, şəhidin ruhuna Quran surələri və növhələrin oxunması ilə davam edib. Daha sonra şəhidin anımı üçün onun uyuduğu Şabran şəhidlər məzarlığına ziyarət baş tutub.

Xatırladaq ki, Şəhid Şükür Qənbər oğlu İlyasov 9 yanvar 1991-ci ildə Şabran şəhərində dünyaya gəlmiş və  27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Onun nəşi Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra “Vətən uğrunda”, 29.12.2020-ci il tarixli sərəncamına əsasən  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button