ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Səfir Musəvi: Azərbaycan bazarı İran üçün önəmlidir

İran İslam Respublikasının Bakıdakı səfiri iki ölkə arasında əlaqələrin inkişaf tempinin sürətlənəcəyini vurğulayıb.

Qafqaz.ir-nin məlumatına əsasən, səfiri Seyid Abbas Musəvi “CASPINDEXPO 2022” beynəlxalq ticarət və sənaye sərgisinin açılış mərasimində deyib ki, bununla bağlı Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev yaxın günlərdə Tehrana səfər edəcək.

Onun sözlərinə görə, bununla yanaşı İran parlamentinin nümayəndə heyəti də Azərbaycana səfər edəcək. Səfir əlavə edib ki, İran və Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf etməlidir:

“Çünki hər iki dövlət eyni strateji bölgədə yerləşirlər. Dünyada məhsulların tranziti üçün bu iki ölkənin potensialından istifadə edilməlidir. İki ölkə arasında ticarət dövriyyəsi bizim üçün qaneedici deyil. Güman edirəm ki, bu kimi sərgilərin təşkili ilə ölkələr arasında ticarət dövriyyəsi artacaq və 1 milyard ABŞ dollarına çatacaq”.

Səfir qeyd edib ki, Azərbaycan bazarı İran üçün önəmlidir və ümid edir ki, Azərbaycan vasitəsilə digər ölkələrə İran məhsullarının tranziti həyata keçirləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button