ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hindistan məhkəməsindən hicabla bağlı utancverici qərar

Qafqaz.ir “The New York Times”-a istinadən xəbər verir ki, Hindistan məhkəməsi qərar çıxarıb ki, Karnata ştatında oxuyan müsəlman tələbə və şagird qızlar hicab məsələsi ilə bağlı yekun qərar verilənədək hicabı çıxarmalıdır.

Xatırladaq ki, Karnatada artıq bir neçə həftədir ki, müsəlman tələbə qızların hicab hüquqlarının məhdulaşdırılması əleyhinə etirazlar edilir. Radikal induist millətçilər isə ştat küçələrində yorulmaq bilmədən islamofob əhval-ruhiyyə yayırlar. Bunun fonunda müsəlman qızların valideynləri hicab qadağasının ləğvi ilə bağlı məhkəməyə müraciət edib.

Müsəlman tələbə təşkilatları Karnatakanın ali məhkəməsinin məlum bəyanatını pisləyib.

“Biz hesab edirik ki, bu – müsəlman qızlardan məhkəmə öz dinləmələrini başa çatdıranadək bir neçə günlüyünə öz dini baxışlarını kənara qoymasını tələb etmək, həqiqətən də, ədalətsizdir“, – deyə Hindistan İslami Tələbə Təşkilatının katibi Fəvaz Şahin bildirib.

Daha öncə isə Bharatiya Canata millətçi partiyasının nəzarətində olan ştat rəhbərliyi də məktəblərdə hicab qadağasını dəstəkləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button