ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramiz Mehdiyevin istefası mümkün görünmür

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin istefası tələb olunur, akademik isə müqavimət göstərir.

son günlər Prezident Administraskiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı ayrı-ayrı tanınmış elm adamlarının və Milli Məclisin bir sıra üzvlərinin ölkə rəhbərliyinə çağırışda bulunması AMEA ətrafında cərəyan edən olayların kuliminasiya nöqtəsi kimi xarakterizə olunmaqdadır. Onlar Milli Elmlər Akademiyasının prezidentini intriqaçılıqda, elmi mühiti korlamaqda ittiham edirlər. R.Mehdiyev isə onu istefaya səsləyənlər haqda ağır ifadələr işlədərək, deputatların saxta yolla seçildiklərini iddia edib.

AMEA Mətbuat xidmətinin adından yayılan açıqlamada isə Ramiz Mehdiyevi tənqid edənlərə qarşı “avtobus, yaxud cib müxalifəti” sözləri işlədilib. Milli Məclisin deputatlarına “ənənəvi növbətçi trollar” deyilib. Bu ifadələrə millət vəkilləri Etibar Əliyev və Fəzail Ağamalı sərt şəkildə öz etirazlarını bildiriblər.  

Milli Məclisin sədr müavini Adil Əliyev AMEA prezidentinə cavab olaraq “Qafqazinfo”ya göndərdiyi açıqlamasında bunları deyib: “Ramiz Mehdiyev fəaliyyəti ilə bağlı haqlı irad və suallara cavab vermək əvəzinə, nifrət və kin püskürür”.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı isə deyib ki, Mehdiyev özünün mənəvi dünyasını, baxışlar sistemini və xarakterini ortaya qoymaqdadır.

Millət vəkili AMEA sədrinə qarşı konkret ittiham da irəli sürüb. “Rusiya onu “prezident” etmək istəyirdi. Ulu öndər Heydər Əliyevin səhhətində yaranmış problemlərdən istifadə edib əxlaqa və mənəviyyata sığmayan bir şəkildə hakim komandanın üzvü olmasına baxmayaraq, müxalifətlə iş birliyi qurmağa çalışırdı. Geniş şəkildə təbliğat aparırdı ki, guya Ramiz Mehdiyev Heydər Əliyevdən sonra Azərbaycanda yeganə “siyasətçidir” və komandada ən güclü adamdır, perspektivli bir şəxsdir. Bu kimi “etiketlərlə” özünü cəmiyyətə sırımağa çalışırdı.”

Maraqlıdır ki, Ramiz Mehdiyev geri çəkilmək niyyətində olmadığını bir daha medianın diqqətinə çatdırıb.

Akademik deyib ki, onu bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və prezident İlham Əliyev də təsdiqləyib. Bu səbəbdən də onu istefaya göndərmək səlahiyyəti də dövlət başçısına məxsusdur.

Qeyd edək ki, 2019-cu ildən PA-dan çıxarılan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə gətirildi.

Həmin bu şəxsin indiyədək öz kreslosunu qoruyub saxlaması onunla əlaqələndirilir ki, Ramiz Mehdiyev Rusiyanın Azərbaycan hakimiyyətindəki adamıdır.

Keçmiş deputat Elton Məmmədov bu haqdaq konkret.az portal ilə müsahibədə fakt da ortaya qoyub. “Mehdiyevin Rusiya ilə əlaqələri Sovet vaxtı Mərkəzi Komitəinin katibi olmuş Romanovun vaxtlarından başlayır. Hələ o zamandan Ramiz Mehdiyev Rusiya ilə yaxın idi. Təbii ki, sonradan xidməti vəzifəsi ilə də əlaqədar Rusiyaya davamlı səfərləri olub və bu səfərlər boyunca Rusiya ilə daha da yaxınlaşıb. Hər halda Putinin onun boynundan medal asması da təsadüfi sayıla bilməz”.

Bu reallığı nəzərə alaraq, prezident İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etməz.

AMEA sədrinin özünü arxayın hiss etməsi də bu amillilə bağlıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button