ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəisi Tehranda İraqın baş nazirini rəsmi şəkildə qarşılayıb

İran İslam Respublikası prezidenti İraqın baş nazirini Tehranın Səədabad tarixi-mədəni kompleksində rəsmi qarşılayıb.
İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani İran İslam Respublikasının rəsmiləri ilə danışıqlar aparmaq üçün bu gün səhər siyasi və iqtisadi nümayəndə heyətinin başında Tehrana gəlib.
Rəsmi qarşılanma mərasimi prezident Seyid İbrahim Rəisinin iştirakı ilə Tehranın Sədabad tarixi-mədəni kompleksində keçirilib.
Mərasimdə ilk olaraq, İran və İraqın dövlət himnləri səsləndirilib, İraqın baş naziri və İran prezidenti fəxri qaravul dəstələrinin qarşısından keçiblər və iki ölkənin yüksək rütbəli nümayəndə heyətləri bir-birinə təqdim edilib.
Rəsmi qarşılanma mərasimindən sonra Rəisi və Əl-Sudani arasında ikitərəfli danışıqlar başlayacaq və iki ölkənin iqtisadi və siyasi nümayəndə heyətləri ikitərəfli və regional məsələləri və bu sahələrdə birgə əməkdaşlığı müzakirə edəcəklər.
Bu, İraqın baş naziri postuna gəldikdən sonra Məhəmməd Şia Əl-Sudaninin İrana ilk səfəridir.
Qərbi Asiyanın ərəb ölkələri arasında İraq İranla ən çox mədəni və dini yaxınlığa malikdir.
Qonşuları arasında ən uzun sərhədə malik olmaq, irqi, tarixi və dil bağları, dini ortaqlıqlar, təhdidlərin mövcudluğu, ortaq təhlükəsizlik və iqtisadi maraqlar İran və İraq münasibətlərində mühüm məqamlar hesab olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button