ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ rəsmisi Bakıya gəldi, Putin Əliyevə zəng etdi

Görüşdə və telefon danışığında Azərbaycan-Ermənistan münaqişəsi müzakirə edilib
Son 4 gündə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə 2 dəfə zəng edib.
Noyabrın 22-də prezidentlərin telefon danışığında 31 oktyabr Soçidə əldə olunan razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirdiyi qeyd olunub.
Eyni zamanda, bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyini vurğulayıblar:
“Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib”.
Noyabrın 26-dakı telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.
Həmçinin noyabrın 28-də Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
“President.az”ın məlumatına görə, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.
“ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirildi”, – deyə qeyd olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button