ArxivXəbər lentiXəbərlər

Britaniyalı qadınlar kütləvi şəkildə İŞİD-ə qoşulurlar

Və terrorçulara ərə gedirlər.

Ötən il ən azı 60 qadın Böyük Britaniyanı tərk edərək Suriyaya üz tutub və orada ekstremist “İslam dövləti” (İŞİD) qruplaşmasına qoşulublar.

Bu barədə bazar günü Britaniya polisinin anti-terror mübarizə məsələləri üzrə milli koordinatoru, Skotland-Yardın London bölməsi rəhbərinin müavini Helen Boll bildirib, Oxu.Az TASS-a istinadən xəbər verir.

“Bu problemin miqyası getdikcə artır və narahtlıq doğurur, – deyə, o bildirib. – Səyahətlər və aviadaşımalar sahəsində çalışan insanlar nə qədər ayıq olsalar, bir o qədər yaxşıdır”, – deyə, Boll bildirib.

Britaniya mətbuatının məlumatına görə, ekstremistlərin sosial şəbəkələrdə apardıqları təbliğatın təsiri altında Böyük Britaniyada yaşayan gənc müsəlman qadınlar Türkiyə vasitəsilə Suriyaya keçir və burada “İŞİD”ə qoşulurlar.

Qadınların əksəriyyəti yaraqlılara qoşulmaq üçün Suriyaya üz tuturlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button