ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan münasibətlərinin perspektivi daha yaxşı olacaq

Azərbaycan Birlik Partiyasının sədri Xudu Xudiyev deyib: İran və Azərbaycan arasında bağların dərin tarixi köklərə malik olmasını nəzərə alaraq, iki ölkə münasibətlərinin gələcəyi hazırkından çox yaxşı olacaq. Beynəlxalq Səhər Kanalının Bakıdakı müxbirinə ilə müsahibədə bu məqama toxunan Xudu Xudiyev hazırda iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin az olduğunu deyib: “İran məhsullarının yaxşı keyfiyyətə və münasib qiymətə malik olmasını nəzərə alaraq, İran məhsullarının iri həcmdə ölkəyə gətirilməsinə şərait yaradılmalıdır”. X.Xudiyev daha sonra Azərbaycanın iqtisadi vəziyyətinə işarə edərək, iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsini xüsusilə də tikinti materialları sektorunun aktivləşdirilməsini faydalı adlandırıb. Birlik Partiyasının sədri həmçinin, İranın turizm və səhiyyə sahəsində də yaxşı imkanlara malik olduğunu xatırladaraq, deyib: Xüsusilə Ərdəbil vilayətinin mədən suları ilə zəngin olması azərbaycanlıların bu ilahi nemətdən faydalanmasına münasib şərait yaradır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button