ArxivIslamXəbər lentiXəbərlər

Bu gün peyğəmbərin (s) əziz xanımı həzrət Xədicənin vəfat günüdür

İbni Hənbəl Müsnəd əsərində cild-6 səhifə 117-də Ayişənin dilindən gətirib ki Peyğəmbər Xədicəni ən əziz zövcəsi və ən yaxşı xanımı hesab edirdi. Məhəmməd Peyğəmbərin (s) həyat yoldaşı həzrəti Xədicənin (ə) Şibi Əbi-Talib kimi susuz qidasız vadidə və digər çətin anlarda tutduğu oruc hamı üçün örnəkdir

İslaminSesi.info xəbər verir ki, bu gün Ramazan ayının 10-u həm də Peyğəmbərin həyat yoldaşı, həzrəti Xədicənin vəfat edən günüdür.

 

O həzrətin əsas ləqəblərindən bir neçəsi kimi Tahirə və Seyyidət –Qureyş ləqəblərini demək olar.

 

İbni Hənbəl Müsnəd əsərində cild-6 səhifə 117-də Ayişənin dilindən gətirib ki Peyğəmbər Xədicəni ən əziz zövcəsi və ən yaxşı hesab edirdi

 

Xədicə bint Xüvəylid islam peyğəmbərilə 25 il birgə yaşayıb və peyğəmbərdən 6 övlad dünyaya gətirib. Məhəmməd (s) peyğəmbər Xədicənin (ə) cənnətin dörd xanımından biri olduğunu buyurub. Məhəmməd (s) peyğəmbər Xədicəyə (ə) olan istəyini həmişə müxtəlif yollarla bəyan edərdi. Xüsusilə, onun islam dini yolunda göstərdiyi fədakarlıqlıqlar islam dünyasında dillər əzbəri olmuşdur. Məhəmməd (s) peyğəmbər buyurub ki, o, məni elə bir zamanda müdafiə etdi ki, məkkəlilər mənə arxa çevirmişdi.

 

Həzrəti Xədicənin (ə) “Şibi Əbi-Talib” vadisində digər müsəlmanlarla birgə yaşadıqları çətin anlar tarixdə həkk olunub. Bu zaman müsəlmanlara tətbiq edilən iqtisadi blokada onları həyatın çox acınacaqlı anları ilə üzbə-üz qoyub. Belə nəql edilir ki, o zaman müsəlmanlar, başda həzrəti Xədicə (ə) olmaqla peyğəmbərin ailəsi bir ədəd xurma ilə oruc tutmağa məcbur idilər. Peyğəmbər və onun həyat yoldaşının bu çətin anlarda xalisanə tutduğu oruclar hər bir müsəlman üçün əsil örnəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button