ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya MN: Dağlıq Qarabağın Müdafiə ordusu silahı təhvil verməyə başlayıb 

Sülhməramlılar bölgənin erməni əhalisinə ümumilikdə 50 tondan çox azuqə daşındığını deyir

Dağlıq Qarabağda Müdafiə ordusunun nümayəndələri rusiyalı sülhməramlıların nəzarəti altında silahı və hərbi texnikanı təhvil verməyə başlayıb.
Rusiyanın Müdafiə Nazirliyindən xəbər veriblər. “Altı ədəd zirehli texnika, 800-dən çox atıcı silah və tank əleyhinə vasitə, 5000-ə yaxın silah-sursat təhvil verilib. Rusiyalı sülhməramlılar Laçın dəhlizi və Ağdam yolu ilə dinc əhaliyə humanitar yardımın çatdırılmasını təmin edib. Ümumilikdə 50 tondan çox azuqə daşınıb”, – xəbərdə deyilir.
Sentyabrın 19-da Azərbaycanın Müdafiə Nazirliyi atəşkəs və separatçıların tərk-silah olması barədə bəyanat verib.
Sentyabrın 21-də tərəflər ilk danışıqlara başlayıb. Azərbaycan ordusunun 19-20 sentyabrda Dağlıq Qarabağı atəşə tutması nəticəsində minimum 200 adam ölüb, “Dağlıq Qarabağ”ın ombudsmeninin ofisində bəyan ediblər.
Daha 400 nəfər yaralanıb. Yaralananlar arasında 40-dan çox adam dinc əhalidir, onların 13-ü uşaqdır. Ümumilikdə 10 dinc sakin həlak olub, onlardan beşi uşaqdır”, – xəbərdə deyilir. Ermənistan hakimiyyəti belə hesab edir ki, yerli əhalinin Azərbaycan tərəfindən etnik təmizləməyə məruz qalmaması üçün Dağlıq Qarabağda BMT mandatı altında sülhməramlı missiya yerləşdirilməlidir.
Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan həmçinin Azərbaycanı dinc sakinlərin və uşaqların qətlində günahlandırıb və bəyan edib ki, Dağlıq Qarabağ hərbçilərinə və siyasi xadimlərinə qarşı cəza tədbirləri aradan qaldırılmalıdır.
 Azərbaycan bu ilin aprelində 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatı pozaraq, Dağlıq Qarabağla Ermənistan sərhədindəki Həkəri körpüsünü kəsib və orada nəzarət-buraxılış məntəqəsi qurub.
Həmin ərazi rusiyalı sülhməramlıların nəzarəti altındadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button