ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Zəngəzuru götürməlidir”

 Qüdrət Həsənquliyev Poliqon portalına verdiyi müsahibədə deyib: “Azərbaycanın təhlükəsizlik və həyati mənafeləri tələb edir ki, Naxçıvanı Azərbaycanın digər hissəsinə birləşdirək. Həm də bu, artıq Ermənistanın öhdəliyiyidir. Ermənistan özü üçtərəfli 10 noyabr sazişini yerinə yetirmirsə, Azərbaycan onu məcbur edə bilər. Bu zaman Rusiya ilə sözsüz ki, bağlı qapılar arxasında müəyyən məsələlər danışılmalıdır, bundan sonra Azərbaycan Zəngəzuru azad etməlidir.”

Deputat bununla belə qeyd edib ki, o torpaqları Azərbaycana birləşdirmək niyyəti yoxdur. “Sadəcə olaraq o torpaqları götürürük, kommunikasiyalar açılır, müqavilənin şərtləri yerinə yetirilir. Ermənistanın etmədiyini onlara məcburi qaydada icra etdiririk. Sonra isə əsgərlərimiz həmin əraziləri ruslara təhvil verir”, – deyə Qüdrət Həsənquliyev sözlərinə əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button