ArxivXəbər lentiXəbərlər

qova-qova namərd edənlər؛ Azərbaycan xalqına mənasız və ümidsiz həyat yaşadanlar və ya mərdi

Qafqaz.ir- Azərbaycanda “kampaniyaçılıq” fəaliyyəti sovet dövrünün ən pis miraslarından biridir, desək yanılmarıq. Ötən əsrin otuzuncu illərində start göturmüş ləkələmə, şərləmə kampaniyaları sonrakı onilluklərdə  zaman-zaman böyük şəxsiyyətlərə təkrarlanan total hucumlarda özünü dönə-dönə  göstərdi. Son illər də tanınmış elm və incəsənət xadimlərinə, xalqımız üçün ölməz əsərlər qoyub getmiş düha  sahiblərinə, istedadı sayəsində şöhrəti  sərhədləri aşan məşhur şəxsiyyətlərə qarşı çirkin  hücumlara, anlayıb- dinləmədən, söyüş və təhqir kampaniyalarına başlanması adi hal alıb. Hətta bu proses elə kütləvi xarakter alıb ki, çoxları məsələnin mahiyyətindən xəbərsiz ola –ola bu “dalğanın”içinə atılıb.

Əsərləri təkcə ölkəmizdə deyil, bütün dünyada  maraqla oxunan,  çox sevdiyim “Mənim nəğməkar bibim” povestinin müəllifi Əkrəm Əylislini illər öncə “Daş yuxular” kitabına görə daş-qalaq etdilər. Azərbaycan hökuməti bir vaxtlar ona verdiyi fəxri tutulları geri alaraq onu dövlət imtiyazlarından məhrum etdi. Səbəb kimi isə ermənilərə sevgi və rəğbət bəsləməsi göstərildi. Hətta bəziləri daha irəli gedərək yazıçının kitablarını belə nümayişkaranə şəkildə yandırdı. Bu, olduqca qorxulu present idi və gənc nəslə pis bir nümunəyə çevrildi.. Bu vandallıq, həmçinin, ölkəmizin imicinə də  kölgə salmiş oldu.  Halbuki ondan daha irəli gedərək əsərləri ilə deyil, “erməni soyqırımını” tanımaqla  “Nobel” mükafatı alan tanınmış Türkiyə yazıçısı Orxan Pamuku vətənində qəhrəman kimi qarşıladılar.  Ona qarşı heç bir “baykot” kampaniyası da təşkil edilmədi. Orxan Pamuk Azərbaycan Republikasında da tərənnüm edilməkdədir.  Bütün təzyiqlərə  baxmayaraq, 80 yaşlı Əkrəm Əylisli yaradıcılıq fəaliyyətini bu gün də uğurla davam etdirərək yazıb-yaradır. Hazırda əsərləri və filmləri ilə bütün dünyada tanınan azərbaycanlı kinossenarist, əməkdar incəsənət xadimi, şərəf nişanı ordenli 79 yaşlı Rüstəm İbrahimbəyova qarşı  eyni münasibət sərgilənməkdədir. Ona “vətən xaini” damğası vurulur, tutullarının geri alınması tələb olunur, söyüş və təhqir kampaniyasına rəvac verilir. Ən anlaşılmazı isə 3 il əvvəl çəkilən filmə qarşı hucumların məhz indi təşkil edilməsidir. Görünür, gündəmi dəyişmək üçün kimlərəsə yeni mövzu gərək olub. Maraqlıdır, Rüstəm İbrahimbəyovdan sonra növbə kimindir? Son günlərdə müqəddəs Qum şəhərində təhsil almış ruhanilərdən olan din alimi Tövhid İbrahimbəyliyə qarşı “kampaniyaçılıq” başlanılıb.

 Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova da “Xocalı qatili”, “20 Yanvar faciəsinin səbəbkarı” kimi iftiralarla “vətən xaini” elan edib 20 il sürgün həyatı yaşatmış  korrupsioner məmurlar, maliyyə resurslarının əllərindən çıxmaması naminə Qarabağ münaqişəninin dondurulmuş vəziyyətdə qalmasını istəyən, dövlətin pulunu xarici banklara  daşıyan, Azərbaycanda və ölkə xaricində milyonlarla qiyməti olan mülklər alan  erməni əsilli yüksək post sahibləri  (Azərbaycan elitasının tanınmış simaları –nazir, deputat, icra başçısı və s.) Bakıda onunla rastlaşanda Azərbaycanın ilk prezidenti kimi dövlət imtiyazlarından istifadə edən , prezident təqaüdü ilə təmin olunan Ayaz  Mütəllibovun  qarşısından sükutla keçirlər. Bəlkə utanırlar, bəlkə xəcalət çəkirlər. Bu onların öz işidir.

Əslində mən nə Əkrəm Əylislini, nə Rüstəm İbrahimbəyovu , nə də bir başqasını müdafiə etməyi qarşıma məqsəd qoymamışam. Mənim öz problemlərim özümə bəsdir. Həm də onların heç kiminsə müdafiəsinə  ehtiyacları da yoxdur.  Amma bir jurnalist kimi  həqiqəti deməyə borclu olduğumu da unutmuram. Mən hər zaman kənardan eşitdiklərimə deyil, gözümlə gordüklərimə inanmışam.“Vətənşüvənlərin” təsiri altına heç vaxt  düşməmişəm. Əkrəm Əylislini, və Rüstəm İbrahimbəyov Azərbaycana, keçmiş SSRİ-yə  bütün dünyada şöhrət gətiriblər. Azərbaycan dövləti  bu insanlarla həmişə fəxr edib. Onlar öz möhtəşəm əsərləri ilə xalqın ürəyində isti yuva qurublar. Onlara vətən xaini, düşmən damğası vuranlar unudurlar ki, xalqın gözü tərəzidir. Sadə xalq onların əsərlərini taparaq yenə də sevə-sevə oxuyur. İndiyədək bu şəxsiyyətlərin vətən sevgisi də heç kimdə şübhə doğurmayıb.   Bəs necə oldu ki, onlar birdən-birə dönüb xain, ermənipərəst  oldular? Axı onların istəyi nədir?

Telekanallarda boşanmalardan bəhs edən şoularda səviyyəsiz müğənnilərdən, çobana – əkinçiyə “zəhmətkeç ulduzlar” deyərək onları lağa qoyan, keçmiş sovet dövrünün əmək qəhrəmanlarını, 2-ci dünya müharibəsi veteranlarını səviyyəsiz  suallarla gülüş hədəfinə çevirən və özlərini miyonlarla tamaşaçıya savadsızlıqları  ilə güldürən televiziya aparıcılarından – şoumenlərdənsə “vətən xainlərinə”efir verib danışdırmaq daha məqsədəuyğun deyilmi? Qoy onlar xalqla ürək sözlərini bölüşərək ittihamlara  cavab versinlər, tutarlı  arqumentlərini söyləyib məsələyə özləri aydınlıq gətirsinlər. Axı onlar hər gün telekanallardan əskik olmayan, Azərbaycanın  bütün bölgələrini , meşələrini, münbit torpaqlarını öz aralarında ata malı kimi  bölüşdürən, cəbhədə gərginlik başlayan kimi övladlarını ara sakitləşənə qədər xarici ölkələrə göndərib onları əcnəbi məmləkətlərdə bahalı villa –mülk sahibi edib xalqa isə boş vədlər verən,  vətəndaşı qorxaq, laqeyd, manqurt, yaltağa çevirən məmurlardan , millətin başının altına yastıq qoyan siyasi politoloqlardan, satılmış media nümayəndələrindən, məddahlıq üçün faktları saxtalaşdıran iqtisadçı ekspertlərdən qat-qat yüksəkdə duraraq mənəvi saflıqlarını qoruyan insanlardır.

Rəsmi statistikaya görə, son illər Azərbaycanda dağılan ailələrin sayı yeni qurulan ailələri dəfələrdə üstələyir. Halbuki sovet dönəmində boşanma halları indiki dövrlə müqayisədə qat-qat az idi.  İntihar halları isə çox nadir hallarda baş verirdi. Amma dövrümüzdə  insanlar gün ərzində ən azı 3-4 özünəqəsd hadisəsi eşitməyə adət ediblər. Artıq bu dəhşətli olaylar hər kəs  üçün adiləşib.

Yeri gəlmişkən deyim ki, bu gün Mirzə Ələkbər Sabiri də guya milləti biabır etdiyi üçün tənqid atəşinə tutan, Fizuli, Nəsimi  kimi dahilərdə “səhvlər” tapan,  klassilkləri və sovet yazarlarını  “baykot” etməyə çağıran cılız “yazarlar” peyda olub. Keçmişdə Rüstəm əilni sıxanlar bu gün ona  “Qafqaz üçlüyü “filminə görə  təhqirlər yağdırırlar. Halbuki əksəriyyət heç bu filmi görməyib, görənlər də onun bu filmlə nə demək istədiyini anlamayıblar. Halbuki ssenarist  həmin kadrlarla  xalqımızın humanistlik, rəhm, ədalət hisslərini qabartmağa çalışıb. Söyüş kampaniyasına start verənlər isə təmin olunmuş, yağ içində böyrək kimi bəslənən, xalqın və dövlətin pullarını talayan, insanları qul yerinə işlədib onlara qəpik-quruş verən, milləti  ac qoyan məmur ordusudur. Bu gün Bakı kəndlərində, ölkənin digər bölgələrində köçkün və qaçqın soydaşlarımızla bağlı sorğu keçirilsə, əminəm ki, əksəriyyət belə cavab verəcək: “Qaçqınlar bizdən yaxşı yaşayır”. Ortaya  məntiqi bir sual çıxır. Qaçqın soydaşlarımıza qarşı düşmən  münasibəti yaradan, digərlərini pis yaşadıqlarına görə  günahı dogma ev-eşiklərindən didərgin düşən insanlarda  görməyə məcbur edən  ermənilərdirmi? Əsla yox. Bu acınacaqlı durumu yaradan bizim dırnağarası başbilənlərimiz, məmurlarımızdır. Əhali arasında qarşıdurma yaradıb  bu vəziyyətdən bəhrələnir və iş yerləri açılması, abadlıq-quruculq  işlərinin görülməsi üçün, nəhayət əhalinin güzəranının yaxşılaması üçün dövlətin ayırdığı milyonları mənimsəyir, abadlıq işlərini yeril sahibkarların çiyninə yükləyirlər.  Bu durumun yaranmasına da Rüstəm Ibrahimbəyov  günahkardır? Rüstəm İbrahimbəyov mövcud durumu tənqid edərək deyir: “Azərbaycanda millətin yaşaya biləcəyi mexanizmi pozulub. Hər bir millət öz elitası hesabına mövcuddur. İndi isə o yoxdur. Ən əsası isə onun qorunması mexanizmi pozulub.” Bu fikir istər-istəməz insanı düşündürür, səbəbi ortaya çıxarmağı tələb edir. Səbəb isə Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Əgər torpaqlar  tezliklə azad olunmasa, cəmiyyətdə belə eybəcərliklərə hələ çox rast gələcəyik.

Mağara şüuru, əşirət qaydaları  əsasında idarə edən bəzi dövlət məmurları, icra başçıları, zavallı xalqın beynini yalanlarla dolduran bəzi elm adamları və tarixşünaslar, yalandan basıb-bağlayan bəzi media nümayəndələri  unutmasınlar ki, mərdi qova-qova namərd etməklə, Azərbaycan xalqına  boş, mənasız və ümidsiz həyat yaşadırlar.  Yaddan çıxarmayaq ki, dünyada pis millət yoxdur, pis insanlar  var.

Mirzəağa Məmmədli

Azərbaycan jurnalistlər birliyinin üzvü

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button