ArxivXəbər lentiXəbərlər

Ermənistanın müdafiə naziri Azərbaycanı hədələyir

Ermənistan mümkün hərbi əməliyyatlara “universal” hazırlaşır, Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın EADaily nəşrinə müsahibəsində bildirib.
O, özünün birinci dərəcəli vəzifəsi kimi “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli hərbi şəraitin yaradılmasını” adlandırıb.
Ermənistan Arsaxın fiziki təhlükəsizliyinin qarantıdır. Münaqişənin hərbi yolla həllinə hazır olması barədə Bakının bəyanatlarını nəzərə alaraq Ermənistan Silahlı Qüvvələri “düşmənə permanent ayıldıcı təsiri” təmin etməlidir”, – o deyib.
Genişmiqyaslı əməliyyatların bərpası təhlükəsi nə dərəcədə böyükdür? Bu sualın cavabında Tonoyan deyib ki, Azərbaycan qoşunları Ermənistanla sərhəddə və Qarabağda təmas xətti boyunca cəmləşir.
“Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində fəallaşması xüsusi narahatlıq doğurur. İndiyədək burada nisbi sakitlik hökm sürürdü. Bu sahədə istənilən hərbi təxribat böyük böhranla nəticələnə bilər ki, bu da digər regional oyunçuları cəlb edə bilər”,- o vurğulayıb.
Sonra o, Azərbaycanı açıq şəkildə hədələyib. Deyib ki, əgər müharibə yenidən başlayarsa, “Bakı hətta 2016-cı ilin aprelindəki kimi məhdud hərbi əməliyyat keçirsə belə vasitəçilər erməni tərəfini cavab tədbirlərini dayandırmağa” razı sala bilməyəcəklər.
Erməni tərəfi qoşunların dislokasiyasında, silah və hərbi texnikanın təchizatında mühüm dəyişiklik edib. Gələcək qəfil hücum amilini istisna edən texniki qərarlar qəbul edilib, Tonoyan bildirib.
Eyni zamanda o etiraf edib ki, Yerevan Azərbaycanın bu yaxınlarda Bakıda paradda nümayiş etdirdiyi yeni hərbi texnikadan narahatdır. Ancaq istənilən silah növünün əleyhinə vasitə var. Əlbəttə, erməni tərəfi bununla bağlı əlini əlinin üstünə qoyub oturmur.
Nazir Türkiyə və Azərbaycan arasında hərbi alyansı narahatlıq mənbəyi adlandırıb. Siyasi yardımla yanaşı hərbi əməkdaşlığın həcminə görə də Türkiyə Azərbaycanın əsas tərəfdaşıdır.
Ermənistanın Rusiyanın Su-30CM qırıcılarını almaq niyyəti varmı? Bu sualın cavabında Tonoyan deyib ki, Yerevan müxtəlif modifikasiyalı bir neçə təyyarə almaqla bağlı variantları nəzərdən keçirir.
Ermənistan təkcə qırıcı aviasiyasını deyil, həm də güclü aviasiya zərbələri endirməyə qadir çoxfunksiyalı HHQ-ni inkişaf etdirməyi planlaşdırır, nazir qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button