ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qonşuluq siyasəti qarşılıqlı olmalıdır

İran İslam Respublikası prezidenti vurğulayıb ki, qonşuluq siyasəti qarşılıqlı olmalı, xoşməramlılıq əhval-ruhiyyəsinə və konstruktiv əməkdaşlığa əsaslanmalıdır

Qafqaz.ir-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi nazirlər kabinetinin iclasında bildirib ki, sionist rejimin və terror təşkilatlarının İranın ətrafındakı dairədə iştirakları dözülməzdir.

İran prezidenti konstruktiv əməkdaşlıqları bütün region xalqlarının rifahı və iqtisadi inkişafının ən əsas amili adlandırıb. Bildirib ki, Qafqaz bölgəsi bu yaxın həmkarlıqlardan yaxşı nümunə olmaq qabiliyyətinə malikdir.

Regional təhlükəsizliyin önəmini vurğulayan Rəisi bildirib ki, bölgənin təhlükəsizliyi çoxtərəfli daxili regional mexanizmlər yolu ilə təmin edilməlidir və şər və mənsəbpərəst ünsürlərin müdaxiləsi xalqların mənafelərinə ziddir.

«Təcrübə göstəribdir ki, təhlükəsizliyi kənaratapşırmaya söykənən rəftarlar sonda uğursuzluğa düçar olur.»- bildirən İran prezidenti belə söyləyib: Əgər ölkələr öz ordularının milli əhval-ruhiyyələri və mahiyyətlərini xarici hərbçilərə söykənməklə zəiflədərlərsə, böhran zamanı heç kəs köməklərinə gəlməyəcəkdir.

Rəisi həmçinin vurğulayıb ki, İran İslam Respublikası öz milli maraqları ilə bağlı sayıq və aktivdir.

O, bildirib ki, sionist rejimin və İŞİD kimi terror təşkilatlarının İranın ətrafındakı dairədə iştirakları ölkələrin stabilliyi və regionun təhlükəsizlyinə ziddir və İran İslam Respublikası üçün dözülməzdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button