AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Qonşu ölkələrin biri ailə hakimiyyəti yaratmağa çalışır

Qonşu ölkələrin biri ailə hakimiyyəti yaratmağa çalışır
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbil şəhərində bu həftənin cümə namazına rəhbərlik edən Ayətullah Füruği Rəcəbül-mürəccəb ayının daxil olması münasibətilə bu mübarək ayın fəzilət və əməllərini geniş şəkildə bəyan etmişdir və möminləri Rəcəb ayının feyzlərindən faydalanmağa səsləmişdir.
Ayətullah Füruği xütbələrində bizimlə qonşu olan ölkələrin birinin (Azərbaycan Respublikasında) bəzi qərb ölkələrinin əməkdaşlığı ilə ailə hakimiyyəti yaratmaq istəməsinə toxunmuşdur.
Xətib qeyd edib ki, öz müsəlman xalqına qarşı çox sərt rəftar edən bu hakimiyyət, onun torpaqlarının 20 faizini işğal etmiş düşmənə qarşı heç bir reaksiya vermir. Bu ölkənin səfiri AİPƏK konfransında çıxış edərək qəsbkar sionist rejimini dəstəklədi. O, İsrail rejiminin işğalçı olmasını bilmirmi? İşğalçını dəstəkləyən, işğalçı Ermənistana qarşı bir söz deyə bilərmi? Bütün vücudu işğalçılıq olan sionist rejimini təsdiq edib dəstəklədiyiniz bir surətdə Ermənistan qarşısında özünüzü necə göstərə bilərsiniz? Belə olduqda işğal edilmiş ərazilərinizi azad edə bilərsinizmi? Bu sualların cavabı “xeyr”dir. Çünki siz mübarizə aparmırsınız və yalnız öz rahatlığınız ardıncasınız.
Ayətullah Füruği xütbəsinin davamında 12 Fərvərdin “İslam Respublikası Günü”nün vücuda gəlməsinə da işarə edərək deyib: “Bəli” yaşıl vərəqlərinin mənası bu idi ki, biz Allahı seçirik. On iki Fərvərdin günü, İranın böyük xalqının tövhidi tarixinin dönüş nöqtəsi idi.
Xətib sözünü Quran və rəvayətlərlə əsaslandıraraq əlavə edib: “İnsanın tarix, tarix yaratmaq və gələcək nəsilə təsir qoymaq qarşısında vəzifəsi vardır. İlahi elçilər də bu yolda addım atmışlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button