ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qarabağdakı sülhməramlılara Volkov rəhbərlik edəcək

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin edilib. Kontingentə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Qafqaz.ir-nin məlumatına əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda – 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button